135
Rixard Vaqner
Mənim həyatım
74
Gedişat adi və boz idi. Yaxşı, gümrah əhvalımı növbəti günün səhərinə
qədər saxladım. Səhər maqdeburqlu kreditorlarımın Köniqsberqə göndərdikləri
məhkəmə iddialarına görə şəhər məhkəməsinə yollandım. Bu tələblərə görə
kömək istəmək üçün müraciət etdiyim dostum Meller mənə lazımlı cavabı verdi.
O, məsləhət gördü ki, borc qəbzlərinə görə hələlik Prussiya qanunlarına əsasən
həddi-buluğa çatmamağıma əsaslanım. Bununla yanaşı o, borc öhdəliklərimin
ödənməsi üçün real kömək axtarırdı. İddialardan imtina etmək üçün belə bir əsas
gətirməyim hakimi təəccübləndirdi. Çünki, bu yaxınlarda evləndiyimi eşitmiş-
di. Bu isə yetkinlik yaşıma çatdığım sübut olunmadan mümkün deyildi. Əlbəttə,
mən yalnız qısamüddətli möhlətə nail ola bildim, amma uzun müddət çəkməyə
məhkum olduğum bu sayaq əziyyətlər də elə ailə həyatımın ilk günündən başladı.
Teatrda heç bir funksiya icra etmədiyim vaxtlarda çoxsaylı müxtəlif
məhdudiyyətlərim var idi. Bununla yanaşı mən güman edirdim ki, limana çat-
mışamsa, onun dincliyini sənətim üçün istifadə etməliyəm. Bir neçə işimi və
həmçinin
Rule Britannia”
uvertüramı bitirdim. Hələ Berlində olduğummüddətdə
Polşa şadyanalığı münasibəti ilə
Polonia”
adlanan uvertüranı yazmışdım.
Rule
Britannia”
bu janrda kütlələrə təsir etməyə hesablanmış növbəti addım idi. Sonda
əsərin onsuz da zəngin orkestrinə hərbi nəfəsli alətlər heyətini də əlavə etmişdim.
Bu uvertüranı növbəti yayda Köniqsberqdə keçirilən musiqi bayramında ifa olun-
maq üçün nəzərdə tutmuşdum. Bunlardan başqa “Napoleon” adlanan üçüncü
uvertüranın fikri mənə rahatlıq vermirdi. Mən artıq onun üçün effektiv vasitələrin
axtarışı ilə məşğul olur və fikrən estetik bir dilemmanı həll etməyə çalışırdım.
Görəsən, fransız imperatorunu Rusiyada yaxalayan kədərli taleyini tamtamların
səsi ilə təsvir etmək olardımı? Düşünürəmki, əsasənməhz bu cür fəndin yolverilən
olub-olmaması barədə şübhələr həmin vaxtı məni bu planı yerinə yetirməkdən
çəkindirdi. Eyni zamanda “Sevgi qadağası”nın uğursuzluğunun səbəbləri barədə
mülahizələr məni yeni əsərin planını cızmağa vadar etdi. Bu əsərdə solistlərə və
xora qoyulan tələblər adətən işlədiyim kiçik şəhər teatrlarının sahib olduğu gücə
müvafiq olmalı idi. Bu cür asan işin süjetini “Min bir gecə”dəki orijinal əhvalatdan
götürmüşdüm. Əgər səhv etmirəmsə, orada əhvalat “Kişi hiyləgərliyi qadının-
kından çoxdur” başlığı altında verilmişdi. Hadisələri Bağdaddan bizim dövrə,
müasir şəraitə keçirmişdim. Zərgər dükanının lövhəsində yazılan şüar gənc bir
xanımın hiddətinə səbəb olur. O, qalın duvaq altında gənc zərgərin dükanına
gəlir və ona işlərində incə zövq nümayiş etdirən bir insan kimi müraciət edib öz
fiziki quruluşu barədə mühakimə yürütməsini xahiş edir. Ayağından, əlindən
başlayan zərgərin get-gedə daha çox utandığını görəndə duvağını üzündən də