Rixard Vaqner
Mənim həyatım
136
çəkir. Qız gözəlliyindən ovsunlanmış gəncə onu yad gözlərdən gizlədən və yəqin
cehizə qənaət etmək üçün hər evlənmək istəyən insana eybəcər biri kimi təsvir
edən atasından şikayətlənir. Gənc and içir ki, atasının istənilən hədə-qorxusuna
aldanmayacaq. Sadəlövh zərgər həmin qoca kişinin qızına elçi düşür. Lakin razılıq
alınarkən gəlini gətirəndə zərgər görür ki, qoca yalan demirmiş və qız həqiqətən
eybəcərin biri imiş. Gənc məyus olur. Həmin vaxt belə acı zarafatı edən qadın
onun iztirablarını ələ salmaq üçün gəncə yaxınlaşır və söz verir ki, şüarı dükanın-
dakı lövhədən götürsə, kömək edəcək. Bu yerdən ilkin süjeti dəyişdirdim. Qəzəbli
zərgər artıq həmin başıbəlalı lövhəni çıxarmaq istəyərkən onu bu əməldən bir
hadisə çəkindirir. Belə ki, bədbəxt aşiq ilk baxışdan küçədə ayı oynadanın taleyin
dönüklüyündən ayrı düşdüyü atası olduğunu anlayır. Lakin o, sevincini boğur.
Çünki beynində məğrur, nəcabəti ilə öyünən qoca zadəganın qızı ilə arzuolunmaz
evlilikdən xilas olmaq planı yaranır. O, ayı oynadanla sözləşir. Ayı oynadan axşam
dəvətli qonaqların iştirakı ilə nişanın qeyd olunacağı bağa gəlməli idi. Hiyləgər
gözələ isə deyir ki, hələ lövhəni götürmək fikri yoxdur. Çünki şüarın özünü doğ-
ruldacağına inanır. Axşam bütün dəvətlilərin qarşısında (onları təxminən inqilab
vaxtının ən təkəbbürlü fransız zadəgan-mühacirləri kimi təsəvvür edirdim) nikah
müqaviləsi oxunur. Gənc müqavilədə özünə bütün mümkün kübar titulları aid
etməkdən çəkinməmişdi. Bu vaxt fit çalınır və ayı oynadan rəqs edən heyvanı ilə
bağa daxil olur. Bəy hisslərinə azadlıq verərək ayı oynadanın boynuna asılıb itkin
üşmüş atasını salamlayanda onsuz da belə banal əyləncənin zadəgan məclisinə
gəlib çıxmasından narazı olan insanların arasına çaxnaşma düşür. Ayı da zadəgan
nəslinin yalançı nümayəndəsini qucaqlayanda ətrafdakıların təəccübünün həddi-
hüdudu olmur. Sən demə, bu zərgərin qardaşı imi. O, əsl ayı öləndən sonra kasıb
atası ilə yeganə gəlirlərindən məhrum olmamaq üçün ayı dərisini geyinib oyna-
yırmış. Bəyin aşağı təbəqədən olması aşkarlandıqdan sonra onun nikahı dərhal
pozulur, gənc qadın isə kişi hiyləgərliyinə məğlub olduğunu qəbul edib zərgərə
razılığını verir. Bu qəliz fabulaya “Xoşbəxt ayı ailəsi”adını verib sonralar Qolte-
yin razılığını qazanmış dialoqlarla doldurmuşdum. Artıq əsərə yüngül, yeni fran-
sız tərzində musiqi bəstələməyə hazırlaşırdım. Lakin günü-gündən çətinləşən
vəziyyətim bu işi davam etdirməyə mane oldu.
75
Bu cəhətdən teatrın musiqi rəhbərliyi ilə münasibətlərim yeni-yeni xoşa-
gəlməzliklərin mənbəyi idi. Özümü göstərmək üçün nə şəraitim, nə vasitələrim
olmadığı üçün sakitcə geri çəkilmək istəməyən rəqibimin hər fürsətdə məni qara-
lamasına və şübhəli vəziyətə salmasına dözməli idim. Özü də onun əsas məqsədi