137
Rixard Vaqner
Mənim həyatım
müqaviləyə görə Pasxadan mənə məxsus olmalı olan dirijorluq vəzifəsinə məndə
nifrət oyatmaq idi. Özümə inamımı itirməsəm də, bu təhqiramiz vəziyyətin uzan-
ması məni yorur və məyusluq gətirirdi. Nəhayət, Şubert aprelin əvvəlindən işdən
azad ediləndə və mən onun vəzifələrini yerinə yetirməyə başlayanda o, teatrdan
ayrılmağına məmnun idi. Belə ki, əvvəla birinci qadın ifaçının gedişi ilə opera
heyəti ciddi şəkildə zəifləmişdi, ikincisi, ümumiyyətlə bu müəssisənin gələcək
uğurları böyük və əsaslanmış şübhə altında idi. Almaniyadakı bu tip müəssisələr
üçün ölümcül hesab edilən may ayı Köniqsberq teatrına da təsir etdi. Direktor
truppa heyətindəki əhəmiyyətli boşluqları qastrolçular və yeni təyinatlarla dol-
durmaq üçün əlindən gələni edirdi. Üstəlik, mənim çalışqanlığım ona həqiqətən
kömək olurdu. Ümumiyyətlə, mən bu vəziyyətdə böyük enerji nümayiş etdirərək
aramsız məsləhətlərim və fəaliyyətimlə artıq daha yaxın münasibət qura biləcəyim
teatr gəmisini su üzərində tutmağa çalışırdım. Uzun müddət tələbə dəstəsinin
kobud münasibətinə soyuqqanlılıqla dözməli oldum. Çünki sələfim onların ara-
sında mənim üçün bir xeyli düşmən qoyub getmişdi. İşləri tərəddüd etmədən
sərt və inamlı şəkildə idarə edərək əvvəllər bir xeyli müqavimət göstərən və
mənə qarşı köklənmiş orkestrin münasibətini dəyişməli idim. Yalnız öz mövqe-
yimi güclə möhkəmləndirdikdən sonra teatrlar üçün əlverişsiz mövsümün ağır
şərtlərinə Hübşün rəhbərliyi altında çoxlu qurban tələb edən teatrın duruş gətirə
bilməyəcəyinən əmin oldum. Hübş mayda mənə teatrı bağlamağa məcbur oldu-
ğunu bildirdi. Direktorun bu planını ləngitmək üçün natiqlik istedadımı işə sal-
malı, planlar düşünməli və müəssisə üçün yeniliklər kəşf etməli oldum. Bu yalnız
maaşının bir hissəsindən imtina edən truppanın dəstəyi sayəsində mümkün oldu.
İşin nə yerdə olduğunu bilməyən insanların narazılığına səbəb oldu bu və mənim
payıma qəribə bir rol düşdü. Belə tədbirlərdən mütəəssir olmuş truppa üzvlərinə
müxtəlif dəlillər gətirərək teatrın direktorunu müdafiə etməli idim. Halbuki, bu
tədbirlər mənə və şəxsi vəziyyətimə elə təsir edirdi ki, onsuz da keçmişimdə kök
salmış inanılmaz çətinliklərin təzyiqi altında olan mövcudluğum get-gedə daha da
laxlayırdı. Mən cəsarətimi itirməsəm də, əlində olan bütün imkanlardan məhrum
olmuş Minna, bu dəfə yeni çətinliyi fələyin dözülməz zərbəsi kimi qəbul etdi.
Bu cür çətin vəziyyətlər gənc ər-arvad arasında mübahisələr üçün münbit
zəmin yaradırdı. Bu mübahisələrin kədərli nəticələri özünü çox gözlətmədi. Na-
razılıq, hələ evlənməmişdən əvvəl aramızda şiddətli münaqişələrə səbəb olan və
məni çox həyəcanlandıran bir məsələyə görə yaranırdı. Qış ərzində fəaliyyətim
və şəxsi bacarıqlarım sayəsində mənim cəmiyyətdəki mövqeyimizi dəstəkləmək
imkanım nə qədər az olurdusa, Minna şəxsi məşhurluğundan istifadə edib bu qay-
ğıları üzərinə götürməli olduğuna bir o qədər əmin olurdu. Bütün bunlar məni
təsviredilməz dərəcədə utandırırdı. Artıq qeyd etdiklərimə bənzər, yalnız Minna-
nın teatrdakı mövqeyinə və onunla bağlı öhdəliklərinə özünəməxsus münasibətini