Rixard Vaqner
Mənim həyatım
138
bildikdən sonra şübhəli şəkildə yozulmayan hədsiz iltifatlar dəfələrlə aramız-
da iyrənc səhnələrin yaşanmasına səbəb olurdu. Gənc qadına bu şeylərə mənim
gözlərimlə baxmağı öyrətməkdən, bu təhqiramiz tanışlıqlara duyduğum hissləri
ona aşılamaqdan söhbət gedə bilməzdi. Həm də sözlərdə və münasibətdə yol ver-
diyim qəzəb və təhqiramiz acılıq hər hansı razılığa gəlməyimizi əvvəldən qeyri-
mümkün edirdi. Bu mübahisələr tez-tez arvadımın ürəkkeçmələrinə səbəb olur-
du. Bu isə məni qorxudurdu. Təsəvvür etmək çətin deyil ki, bu səhnələrin yeganə
nəticəsi onu yenidən barışmış görmək sevinci idi. Şübhəsiz, davranışlarımız özü-
müz üçün də get-gedə anlaşımaz və ağlasığmaz olurdu. Minnanın mənə olan sev-
gisi tez-tez təkrarlanan və daha xoşagəlməz forma almağa başlayan mübahisələrin
təsiri ilə azalmalı idi. Lakin mənim ağlıma da gəlməzdi ki, kiçik bir səbəb Minnanı
ən təhlükəli addıma sövq edə bilər.
76
Truppada çatışmayan tenoru əvəzləmək üçün Maqdeburqdakı ilk ilimdən
bəri dostluq münasibətlərini davam etdirdiyim Fridrix Şmitti Köniqsberqə
gətirdim. O mənə ürəkdən sadiq idi və teatrın, həmçinin mənim ictimai mövqe-
yimin inkişafına mane olan çətinlikləri aradan qaldırmağa kömək edirdi. Onun
sayəsində auditoriya arasında dostlar tapmaq ehtiyacı məni daha az təmkinli və
tanışlıqları seçərkən daha az ehtiyatlı edirdi. Son vaxtlar Ditrix adlı zəngin tacir
teatrımızın əsasən qadınlardan ibarət heyəti üzərində hamilik rolunu öz üzərinə
götürmüşdü. O, seçilmiş aktirasaları və onlarla bağlı kişiləri tez-tez evinə dəvət
edirdi. Bu zaman o, mübaliğəli ingilis rahatlığını qoruyurdu. Bu isə əsasən şimal-
dakı ticarət şəhərlərindən olan alman kommersantlarının gözündə yüksək ideal
idi. Əvvəla, onun sifətindən zəhləm getdiyi üçün bu dəvətlərini həvəssiz qəbul
edirdim. Minna isə mənim haqsız olduğumu düşünürdü. Onunla daha yaxın
münasibətlər saxlamağa qarşı olan fikrimi qəti şəkildə bildirmişdim. Minna bun-
da çox israr etməsə də, təkcə mənim bu adama antipatiyam aramızda xoşagəlməz
mübahisələrin yaranmasına səbəb olurdu. Dostum Şmitt mənə bir söhbəti çatdır-
mağı özünə borc bilmişdi. Belə ki, cənab Ditrix bir nahar zamanı ictimaiyyət qar-
şısında mənim haqqımda elə ifadələr işlətmişdi ki, iştirakçılarda onunla mənim
həyat yoldaşım arasında yaxın münasibətlərin olması barədə şübhələr yaranmış-
dı. Elə özüm də Minnanın mənə məlum olmayan yollarla onunla davranışım,
həmçinin ağır maddi vəziyyətimiz barədə ona xəbər ötürdüyündən şübhələnməyə
başladım. Şmittin yanında bu insandan izahat tələb etdim. Təbii ki, əvvəlcə adi in-
karlar başladı, sonra baş verənlər gizli yolla Minnaya çatdırıldı. Minna isə bunu
mənim nəzakətsiz münasibətimdən şikayət etmək üçün yeni səbəb kimi gördü.