139
Rixard Vaqner
Mənim həyatım
Beləliklə, münasibətlərimiz əhəmiyyətli dərəcədə pisləşdi. Çox şey barədə susma-
lı idik. Həmin vaxt-1837-ci ilin may ayının sonu – teatrımızın işləri qeyd etdiyim
dönüş nöqtəsinə çatmışdı. Rəhbərlik müəssisəni saxlamaq üçün truppa üzvlərinin
fədakar yardımına müraciət etməli idi. Bəlli və maddi cəhətdən heç də əlverişli
olmayan ilin sonuna mənim şəxsi vəziyyətim xüsusən ciddi zərər görmüşdü.
Lakin bu çətinliklərə səbrlə dözməkdən başqa çarəm yox idi və mən Minnanın
müdaxiləsi olmadan, yalnız mehriban Şmittin köməyi ilə Köniqsberdə işlərimi
möhkəmləndirmək üçün müəyyən tədbirlərə əl atmaq qərarına gəldim. Bu qay-
ğılar teatrdakı işlərimlə birlikdə bütün vaxtımı alırdı. Mən tez-tez evdən uzaqla-
şırdım və ona görə həmin günlərdə Minnanın susqun və təmkinli davranışlarına
fikir verə bilməmişdim. Mayın 31-i səhər həmişəki kimi evdən çıxmağa hazırla-
şırdım. Mən məşqə getməli və müəyyən işləri həll etməli olduğum üçün axşama
ləngiyə bilərdim. Minna artıq çoxdan mənim razılığımı alaraq hamıya kiçik bacı-
sı kimi təqdim etdiyi qızı Nataliyanı yanına gətirmişdi. Həmin səhər arvadımla
və Nataliya ilə sakitcə sağollaşdıqdan sonra onlar qəfil arxamca qapıya gəlib göz
yaşları içində məni qucaqlamağa başladılar. Mən qorxaraq bu həyəcanın səbəbini
öyrənməyə çalışsam da, heç bir cavab almadan evdən çıxdım və yol boyu qadın-
ların qəribə davranışları barədə mülahizələr yürüdərkən əsl səbəbi heç ağlıma da
gətirmədim. İşdən və günün xoşagəlməzliklərindən heydən düşmüş, yorulmuş,
solğun və ac halda evə gec qayıtdım. Lakin süfrə salınmamışdı və Minna yox idi.
Xidmətçi bildirdi ki, Minna günorta Nataliya ilə birlikdə gedib və o vaxtdan qayıt-
mayıb. Mən səbirlə silahlanıb yorğun-arğın iş stolunun yanındakı stula çökdüm və
stolun siyirtməsini açdım. Siyirtmənin boş olduğunu görəndə təəccübləndim. Ca-
nımı dəhşətli şübhə bürüdü, yerimdən sıçrayıb geyim şkafına cumdum. İlk baxışda
anladım ki, Minna artıq bu evdə yaşamır. Arvadım gediş planını elə hiyləgərliklə
qurmuşdu ki, hətta qulluqçu belə şübhələnməmişdi. Bir dəqiqə belə ləngimədən
axtarışlara başlamaq üçün qorxu içində evdən çıxdım. Təcrübəsi və uzaqgörənliyi
sayəsində Ditrixin şəxsi düşməninə çevrilmiş qoca Meller tezliklə Ditrixin həmin
səhər təcili poçtla Kğniqsberqdən Berlin istiqamətinə yollandığını öyrənə bildi.
Dəhşətli həqiqətə şübhə yox idi. Qaçqınlara çatmağa cəhd etmək lazım idi. Bu
qeyri-mümkün olmasa da, əhəmiyyətli xərc tələb edirdi. Pul isə yox idi və əvvəlcə
pulu tapmaq lazım idi. Mellerin məsləhəti ilə gümüş toy hədiyyələrimi götür-
düm və ən dəhşətli şəkildə keçən bir neçə saatdan sonra qoca və təlaşlı dostumun
müşayiəti ilə təcili poçtla yola düşdüm. Bizdən bir az əvvəl çıxmış poçt dilijansına
çatmalı idik. Ehtimal var idi ki, Köniqsberqdən kifayət qədər uzaqlaşmış Minna
sonrakı səfəri üçün ondan istifadə edəcəkdı. Amma bu mümkün olmadı. Növbəti
gün sübhdən Elbinqə çatanda məlum oldu ki, təcili poçtun hədsiz xərcləri bütün
maddi vəsaitimizi tükədib. Biz geri qayıtmalı olduq. Adi poçtla qayıtsaq da yol
pulunu ödəmək üçün şəkər və qənd qablarını girov qoymalı olduq. Köniqsberqə