Rixard Vaqner
Mənim həyatım
140
qayıdış gəncliyimin ən kədərli xatirələrindən biri olaraq qalır. Əlbəttə, bu şəhərdə
bir dəqiqə belə qalmaq istəmirdim və onu həmişəlik tərk etməyin yolları barədə
düşünürdüm. Bir tərəfdən maqdeburqlu kreditorların məhkəmə iddiaları, digər
tərəfdən mənzilimin tərtibatı üçün Köniqsberqdə aldığım borclar ilə sıxılmış ol-
duğumu nəzərə alsaq, əlbəttə, şəhəri yalnız gizli şəkildə tərk edə bilərdim. Lakin
xüsusilə Köniqsberdən Drezdenə gedib arvadımı orada tapmağa ümid etdiyimi
nəzərə alsaq, məhz bunun üçün pul lazım idi. Pul tapmaq məcburiyyəti burada
iki dəhşətli gün keçirməyimə səbəb oldu. Minnadan heç bir xəbər gəlmirdi. Yalnız
Meller vasitəsilə Ditrixin dost yardımı göstərmək bəhanəsi ilə yolun bir hissəsini
getdiyini öyrənə bildim. Bundan sonra Minna Drezdenə tək yola düşmüşdü.
Ehtimal etmək olardı ki, Minna onu ümidsizliyə düçar edən şəraitdən qaçıb,
vəziyyətindən təsirlənmiş adamın köməyini qəbul edib və indi valideynlərinin
yanında sakitlik və sığınacaq axtarır. Bu ehtimal onun hərəkətindən yaranan ilkin
qəzəbimi elə azaltmışdı ki, ona mərhəmət etmək, onunla bu cür rəftar etdiyim, həm
də bədbəxtliyə sürüklədiyim üçün bütün günahı öz boynuma götürmək meyli get-
gedə artırdı. Nəhayət, iyunun 3-ü baş tutan Berlindən Drezdenə uzunmüddətli
səfər boyu bu fikir bütün təəssüratlarıma və hisslərimə elə hakim kəsilmişdi ki,
Minnanı valideynlərinin kasıb evində tapanda peşmanlığımı və şəfqətimi bildirə
bilərdim. Minnanın mənim pis rəftarıma görə özünü təhqir olunmuş hesab etdiyi
və bu addımı atmağa yalnız ağır maddi vəziyyətimizə görə qərar verdiyi təsdiqini
tapdı. Özü də o, əmin idi ki, mən yaranan vəziyyəti nə görmək, nə də eşitmək
istəyirdim. Onun valideynləri məni elə də xoş qarşılamadılar. Deyəsən, qızlarının
həyəcan və iztirab dolu əhvalı onun şikayətlərinin əsaslı olduğunu sübut etməyə
kifayət idi. Mənim əzablarımın, tələsik gəlişimin və ürəkdən gələn kədərimin Min-
naya nə dərəcədə müsbət təsir etdiyi barədə mühakimə yürüdə bilmirdim. Mənə
münasibətdə elə qeyri-müəyyən və bir qədər anlaşılmaz idi ki. Lakin Riqada yaxşı
şərtlərlə açılan yeni teatrda dirijor vəzifəsi əldə edə biləcəyim xəbəri ona təsir et-
mişdi. Belə başa düşürdüm ki, gələcək ailə həyatımız barədə hansısa qərarın qəbul
edilməsində israr etmək yersiz idi və indi yaşamaq üçün daha yaxşı maddi şəraitin
hazırlanmasına çalışmaq lazım idi. Bu məqsədlə Minnanın valideynlərinin evində
keçirdiyim ağır bir həftədən sonra Berlinə yola düşdüm ki, Riqa teatrının təzəcə
təyin olunmuş müdiri ilə müqavilə imzalayım. Bir çox cəhətdən əlverişli müqavilə
gələcək həyatımı maddi baxımdan yaxşı təmin etməyə imkan verirdi. Bununla
da Minna teatrdan tamamilə uzaqlaşıb məni bir çox təhqir və təlaşlardan xilas
edəcəkdi.