141
Rixard Vaqner
Mənim həyatım
77
Drezdenə qayıdanda gələcək barədə planlarım müəyyən qədər maraqla
dinlənmişdi və Minnanı darısqal ata evini tərk edib şəhər kənarına, Drezden ya-
xınlığındakı Blazevitsaya köçüb mənim yeni vəzifəyə keçməyimi gözləməyə razı
sala bilmişdim. Biz Elba kənarında yerləşən mehmanxanada sadə bir otaq tutduq.
Bir vaxtlar bu mehmanxananın restoranını və bağını tez-tez ziyarət edərdim. Elə
bil, Minnanın əhvalı yaxşılığa doğru dəyişmişdi. Əlbəttə, onun narahat edilməmək
xahişlərini anlayışla qarşıladım. Mən ona mümkün qədər rəhm etmək istəyirdim
və bir neçə həftə keçəndən sonra təlaşların və narahatlıqların xatirələrdə qaldığını
hesab etməyə haqqım olduğunu düşünürdüm. Ona görə Minnanın mənə məlum
olmayan səbəblərdən kefinin qəfil pozulması qəribə gəlirdi. O, müxtəlif tetrlardan
sərfəli təkliflər aldığını dilə gətirməyə başlamışdı. Günlərin bir günü isə köhnə ta-
nışlarından birinin ailəsi ilə qısa səyahətə çıxacağını bildirib məni təəccübləndirdi.
Özümü ona heç bir təzyiq göstərməməyə borclu hiss edib məni Minnadan bir
həftəlik ayıran bu plana etiraz etmədim. Onu valideynlərinin yanına özüm ötür-
düm və söz verdim ki, Blazevitsdə sakitcə onun qayıtmağını gözləyəcəm. Bir neçə
gün sonra onun böyük bacısı gəlib xahiş etdi ki, bacısına ayrı pasport almaq üçün
yazılı icazə verim. Bundan təşvişə düşüb Drezdenə, Minnanın valideynlərinə
müraciət etdimki, qızlarınınməramını öyrənim. Orada məni çox pis qarşıladılar və
hətta yaxşı yeməklə təmin etmək iqtidarında olmadığım Minnayla rəftarıma görə
kobud şəkildə qınadılar. Mən arvadımın harada olduğunu və məqsədi barədə sor-
ğu-suala başlayanda isə inanılmaz əhvalatlar eşitdim. Ən acı ehtimalların verdiyi
əzabdan qovrularaq baş verənlərdən heç nə anlamadan kəndə qayıtdım. Orada
Mellerin Köniqsberqdən gələn məktubunu oxuyandan sonra vəziyyət aydınlaşdı.
Cənab Ditrix Drezdenə yola düşmüşdü, onun qaldığı mehmanxananın ünvanı da
yazılmışdı. Bu xəbərin Minnanın qəribə davranışına saldığı dəhşətli işıq bir anda
bütün həqiqəti gözlərimin önünə sərdi. Göstərilən mehmanxanadan məlumat top-
lamaq üçün dərhal şəhərə yola düşdüm. Ditrix həqiqətən orada qalıbmış, lakin
mən gecikmişdim. Minnanın da, onun da izi-tozu qalmamışdı. İndi mən bu cavan
yaşda bütün ömrümü zəhərləyə biləcək sınaqlara məruz qaldığım üçüm hakimə
müraciət edə bilərdim.
Hədsiz kədərə qərq olduğum vaxtlarda bacım Ottiliya və onun artıq bir
neçə il evli olduğu xoşxasiyyətli ərinin yanında təsəlli tapardım. Bu hadisələr baş
verəndə onlar Drezden yaxınlığında yerləşən
Grosser Garten”
in gözəl yay pavil-
yonlarından birində yaşayırdılar. Drezdenə gələn kimi onları ziyarət etmişdim.
Lakin vəziyyətimdən əmin olmadığım üçün onlara heç nə danışmamışdım və gec-
gec qonaq getməyə başlamışdım. İndi Minna haqqında həqiqəti öyrəndikdən son-