Rixard Vaqner
Mənim həyatım
142
ra qürurumu yenib bədbəxtliyim barədə danışmağa ehtiyac duyurdum. İlk dəfə
idi ki, qohumluq əlaqələrinin böyük üstünlüyünü və qan qohumları arasındakı
birbaşa, şərtsiz yaxınlığın müsbət təsirini hiss etmişdim. Əslində, danışmalı bir şey
yox idi. Biz uşaqlıqdakı kimi idik və aramızdakı dostluq da eyni idi. Hər şey söz-
süz başa düşülürdü. Mən bəxdbəxt, o isə xoşbəxt idi. Təsəlli və yardım öz-özünə
yaranmışdı.
78
O, göy gurultusu və şimşəklər altında “Leybald və Adelaida”nı oxuduğum
həmin bacı idi, bayram axşamı ilk uvertüramın ifasını təəccüb və mərhəmətlə
dinləyən həmin bacı idi. İndi o, gördüyüm ən suyuşirin adamlardan biri, böyük
yeznəmiz Fridrix Brokhauzun balaca qardaşı, tezliklə şöhrət qazanmış orientalist-
alim Herman Brokhauzla evli idi. Onların iki övladı var idi. Yaxşı maddi şərait on-
ları qayğısız həyatla təmin edirdi. Hər gün Blazevitsdən
Grosser Garten”
ə gedən
yolu piyada keçib möhtəşəm pavilyonlardan birinə girəndə xoşbəxt ailənin eyni
mehribanlıqla məni qarşıladığını görüb səhradan birbaşa cənnətə düşdüyümü
düşünürdüm. Bacımla ünsiyyət ruhuma sakitləşdirici təsir bağışlamaqla yanaşı,
onun alim əri ilə söhbətlər də məndə çoxdan yuxulayan təhsil istəyini canlandı-
rırdı. Ən yumşaq və nəzakətli üsulla mənə başa salmışdılar ki, erkən nikah bağış-
lanan olsa da, bir səhvdir və düzəlməlidir. Eyni zamanda beynim yaradıcı ide-
yaların hazırlanması üçün kifayət qədər təzələnmiş və elastiklik əldə etmişdi. Bu
dəfə məlum teatr şərtlərinə uyğunlaşan yüngül əsərlər yazmağı planlaşdırmırdım.
Minna ilə Blazevitsdə keçirdiyim kədərli günlərdə Bulverin “Kola di Riensi” ro-
manını oxumuşdum. İndi doğmalarımla xoş ünsiyyət quraraq istirahət edərkən
bu əsərin süjeti əsasında qurulmuş böyük opera üzərində işləməyə başlamışdım.
Yenidən kiçik teatrlara müraciət etməyə məcbur qalsam da, qəti qərar verdim ki,
bundan sonra fəaliyyət dairəmin genişləndirilməsini tələb edim.
Rule Britania”
uvertüramı London filarmoniya cəmiyyətinə yolladım və Q. Keniqin romanından
götürdüyüm
Die hohe Braut”
süjeti ilə bağlı Parisdə Skriblə əlaqə yaratmağa qərar
verdim. Həmin ilin yayının qalan hissəsini bu cür unudulmaz şəkildə keçirdikdən
sonra nəhayət, təyinatıma uyğun olaraq Riqaya yola düşdüm. Bir müddət əvvəl
ürəkdən bağlanaraq professor Osvald Marbaxa ərə gedən bacımın Leypsiqdə
yaşadığını bilsəm də, yalançı utancdan bu şəhərdən yan keçib birbaşa Berlinə
getmək qərarına gəldim. Orada gələcək direktorumdan təfərrüatlı təlimatlar alma-
lı, həmçinin pasport məsələsinin qeydinə qalmalı idim. Berlində Minnanın kiçik
bacısı Amaliya Plannerlə görüşdüm. Bu gözəl səsli ifaçını Maqdeburqda olarkən
qısa müddətə operamızda çıxış etməyə dəvət etmişdik. Bu mehriban qız Minna