143
Rixard Vaqner
Mənim həyatım
barədə xəbərləri eşidib sarsılmışdı. Hər ikimizin iştirak etdiyi “Fidelio”nun ta-
maşalarının birində o, hönkür-hönkür ağlamışdı. Onun münasibətində bir qədər
dəstək taparaq Minnanın izinə düşmək ümidi ilə Şverinə yollansam da yanıldım
və Riqaya gedən tacir gəmisinin çıxışını gözləmək üçün Lyubekə getdim. Lakin
Travemyundeyə təzəcə çıxmışdıq ki, xoşagəlməz külək başlayıb səyahətimizi bir
həftə ləngitdi. Bu iyrənc dövrü miskin matros yeməkxanasında keçirməli oldum.
Vaxtımı keçirməyə heç nə tapmadığım üçün məni ilk dəfə sırf alman komik ope-
rasının yaradılması fikrinə yönəldən
Till Eulenspiegel”
xalq toplusunu oxumaqla
məşğul oldum. Sonralar “Gənc Ziqfrid”in eskizini yaradanda Travemyundda ke-
çirdiyim darıxdırıcı günlər və
Eulenspiegel”
toplusunu oxumağım barədə xatirələr
gözümün qarşısında canlanırdı. Dördgünlük səfərdən sonra nəhayət, Bolder lima-
nında lövbər saldıq. Orada ilk hiss etdiyim şey rus məmurları ilə ünsiyyət zamanı
məni bürüyən əsməcə idi. Hələ yeniyetməykən polşalılara simpatiya bəslədiyim
üçün ruslar instinktiv qorxuya səbəb olurdu. Mənə elə gəlirdi ki, polislər Polşaya
olan meylimi üzümdən oxuyub məni Sibirə sürgünə yollayacaqlar. Lakin Riqada,
əsasən teatrla bağlı bütün şeylərdə hökm sürən rahat alman atmosferi bir o qədər
xoş təəccübümə səbəb olmuşdu.
79
Kiçik alman teatrları ilə tanışlıqdan sonra qazandığım ağır təcrübə Riqa te-
atr müəssisəsinin təşkilində mənə dinclik bəxş etmişdi. Bir neçə imkanlı incəsənət
həvəskarı və zəngin tacirlər möhkəm əsasları olan yaxşı teatr rəhbərliyinin yara-
dılması üçün könüllü şəkildə vəsait ayıran cəmiyyət yaratmışdılar. Müəssisəyə
rəhbərlik teatr dünyasında məşhur olan yazıçı Karl fon Qolteyə tapşırılmışdı. Ar-
tıq teatr işində yoxa çıxmağa başlayan, xüsusi tendensiyalara sadiq olan bu insan,
özündə cəmiyyət arasında fövqəladə dərəcədə maraqlı olmaq bacarığı ilə yana-
şı, son iyirmi ildə teatrla uzaqdan-yaxından əlaqəsi olan bütün şəxsləri tanımaq
xüsusiyyətini birləşdirirdi. O, özünü həm ağıllı göstərmək istəyən, həm də teatra
rahat, ictimai fikrin dözdüyü yüngül eksentirkliklər meydanı kimi baxan “meh-
riban avaralar” mühitinə aid edirdi. Belələrindən həm orta sinif, həm də səhnəyə
get-gedə daha az maraq göstərən yüksək intelligensiya uzaq gəzirdi. Bir vaxtlar
çoxlu gözəl aktrisaları ilə, həmçinun Qolteyin ilk həyat yoldaşının adı ilə parlayan
Berlindəki Köniqştedt teatrı ən böyük çiçəklənmə dövrünü yaşayırdı. Bunda Riqa
teatrının direktorunun zövqünün formalaşdığı məktəbin nümayəndəsi Henrietta
Zontaqın da rolu böyük idi. Orada onun böyük uğur qazanmış “Qoca sərkərdə”
də daxil olmaqla musiqili vodevilləri ilə yanaşı, Bürgerin balladası əsasında
işlənmiş, ona uğur və mahir teatr pyeslərinin müəllifi reputasiyasını qazandıran