Rixard Vaqner
Mənim həyatım
144
Leonora” melodramı da əhəmiyyətli müvəffəqiyyət əldə etmişdi. Onun bütün
varlığını teatra həsr etmək istəyini nəzərə alsaq, Riqaya dəvət xüsusilə arzuolu-
nan idi. Çünki o, bu kənarda yerləşən şəhərdə maneələr olmadan özünü marağına
həsr edə bilərdi. Qeyri-adi dərəcədə inamlı rəftarı, yorulmaq bilməyən marağı və
işləri apardığı fövqəladə rahatlığı ilə o, Riqalı kommersantları cəlb etdi. Onların
tələb etdiyi əyləncələri yalnız Qoltey təşkil edə bilərdi. Onlar Qolteyi lazımi maddi
vəsaitlə təmin edir və ona qeyd-şərtsiz etibar edirdilər. Bu müəssisədə çox asan-
lıqla iş yapa bilmişdim. O, qaraqabaq pedantlardan mümkün qədər uzaq gəzmək
istəyir və təkcə gənc olduqları üçün cavan insanlara üstünlük verirdi. Mənim ya-
xından tanıdığı ailədən olmağım, ciddi-cəhdlə və həvəslə müasir italyan, fransız
operaları ilə maraqlanmağım kifayət etmişdi. O, əmin idi ki, mənim simamda özü
üçün ən uyğun adamı tapmışdı. O, dərhal Bellini, Donisetti, Adam və Oberin bü-
tün partituralarını köçürdü. Mehriban riqalıları dərhal məhz bu əsərlərə qonaq
etməli idim.
80
İlk dəfə Qolteyin evinə gələndə hələ Leypsiqdən tanıdığım, keçmiş
himayədarım Haynrix Dornla qarşılaşmışdım. İndi o, Riqadakı kilsə və məktəb
xorlarının rəhbərliyini daimi vəzifə kimi qəbul etmişdi. O, əvvəlki xəyalpərəst
gənci sərbəst şəkildə dirijor vəzifəsində görəndə çox sevinmişdi. Lakin məndəki
dəyişikliyin də fərqinə varmışdı. Belə ki, o, bir vaxtlar eksentrik bethovençi ol-
sam da, indi necə həvəslə Bellini və Adamın operaları ilə məşğul olduğumu gö-
rüb təəccüblənmişdi. O, məni riqalılar demişkən, “im Grunen”, yəni, hərfi mənada
qumlar arasında” yerləşən bağına aparmışdı. Başıma gələnləri ona danışarkən
məkanın qəribə səhralıq təəssüratına qapılmışdım. Məni darıxdırıcı yurdsuzluq
hissi bürüdü. Bu hiss tədricən güclənib bu xaotik mühitdən, qonaq sevməyən
yerlərdən qaçmaq istəyindən yaranan iztirablı meylə çevrilirdi. Maqdeburqda
məni cılız teatr tanışlıqlarına, mənasız zövqlər axtarmağa məcbur edən yelbeyinli-
yim musiqi zövqümün də pisləşməsinə gətirib çıxarmışdı. İndi Riqadakı həyatım
get-gedə yerini bu darıxdırıcı meylə verirdi. Bu isə bir tərəfdən teatrdan uzaqlaş-
mağıma, digər tərəfdən Qolteyi məyus etdiyimə görə pərtliyə səbəb olurdu.
Əvvəlcə zahirən işlərin gedişatı ilə barışmaq çətin deyildi. Biz teatrı bütün
opera heyəti yığılmamışdan əvvəl açmalı idik. Bunun üçün Blumun kiçik komik
operasını
Marie, Max und Michel”
i səhnələşdirməli olduq. İstedadlı basımız Gün-
ter üçün Qolteyin sözlərinə ariya yazıb əsərə əlavə etdim. Sentimental girişdən və
şən hərbi rondodan ibarət ariya tamaşaçıların xoşuna gəlmişdi. Sonra “İsveçrəli
ailə”yə əlavə nömrə kimi bas Şeybler üçün də bir qədər dua əhvalını qoruyan mu-