145
Rixard Vaqner
Mənim həyatım
siqili nörmə yazdım. Bu parça nəinki tamaşaçıların, hətta mənim də çox xoşuma
gəlmişdi. Bu artıq mənim musiqi inkişafımda böyük sınma nöqtəsindən xəbər
verirdi. Mənə imperator Nikolayın ad gününə, Brakelin sözlərinə “Milli himn”
bəstələmək tapşırılmışdı. Bu əsərə isə mümkün qədər çox despotik patriarxal ça-
lar verməyə çalışmışdım. Bu himn də mənə müəyyən qədər uğur gətirdi və bir
müddət bu himni hər il həmin gündə ifa edirdilər. Qoltey məni operamızın həmin
dövrdəki personalı üçün yüngül, şən opera, daha yaxşısı, musiqili vodevil yazma-
ğa razı salmaq istəyirdi. Bu məqsədlə “Şən ayı ailəsi”nin mətninə yenidən bax-
dım. Əvvəllərdə qeyd etdiyim kimi, bu əsər Qolteyin təqdirini qazanmışdı. Lakin
bu mətn üçün Köniqsberqdə yazdığım musiqini nəzərdən keçirəndə bu növ uy-
durmaçılığa qarşı ikrah yarandı. Librettonu dostlarımdan birinə, yaxşı, köməksiz
ikinci dirijor Lebmana hədiyyə etdim və bir də onun barəsində düşünmədim.
Lakin əvəzində mən Blazevitsdə eskizlərini atdığım “Riensi” mətninin üzərində
işləməyə başladım. Bütün cəhətlərdən hədsiz geniş teatr miqyasına uyğun
işlədiyimi nəzərimdə saxlayırdım. Bu cür düşünülmüş bir iş istənilən halda yalnız
Avropanın ən böyük səhnələrində üzə çıxmalıydı.
İşlədiyim kiçik, təhqiramiz teatr şəraitindən qurtulmağa olan günü-gündən
güclənən meyllə paralel, həyatımda yeni çətinliklər yaranıb bu meyl üçün əyləc
rolunu oynadı. Qolteyin gözlədiyi primadonna gəlməmişdi. Ciddi opera üçün qa-
dın ifaçımız yox idi. Bu cür şəraitdə Qoltey mənim Minnanın bacısı Amaliyanı
dərhal çağırmaq təklifimi sevinclə qəbul etdi. Amaliya da öz növbəsində mənə
yaxın olmaq üçün bu işi həvəslə qəbul edərdi. Qız o vaxt Drezdendə yaşayırdı və
mənə cavabında həm də Minnanın çox kədərli və xəstəlikdən üzülmüş vəziyyətdə
valideynlərinin yanına qayıtdığını xəbər vermişdi. Bu xəbəri anlaşılan soyuqluqla
qəbul etdim. Məni tərk edəndən bəri Minna haqqında öyrəndiyim hər şey məni
köniqsberqli köhnə tanışıma boşanma işini başlamaq üçün müraciət etməyə va-
dar etmişdi. Məlum olmuşdu ki, Minna uzun müddət başıbəlalı cənab Ditrixlə
Hamburq mehmanxanalarının birində qalıb və o, ayrılığımız barədə danışdığı
nəzakətsiz əhvalatlarla, xüsusilə də, teatr aləmində haqqımda xoşagəlməz, hətta
ləyaqətimə toxunan şaiyələrin yaranmasına əsas vermişdi. Bunların hamısını Ama-
liyaya yazdım və xahiş etdim ki, bundan sonra bacısı haqqında xəbərlər verməsin.
81
Bu zaman Minna özü mənə həqiqətən sarsıdıcı bir məktubla müraciət edib
açıq şəkildə öz sədaqətsizliyini etiraf etdi. O yazırdı ki, yalnız ümidsizlik onu bu
yola itələyib və bu addımla özü üçün necə bədbəxtliyə səbəb olduğunu görəndə
ümidsizlik həmin adamı tərk etməyə vadar etmişdi onu. Məktubdakı ayrı-ayrı ey-