Rixard Vaqner
Mənim həyatım
146
hamlardan düşünmək olardı ki, Minna onu yoldan çıxaran kişinin xasiyyətində
yanılıb və vəziyyətinin dözülməz olduğunu anlaması həm ruhi, həm də fiziki gü-
cünü tükətmişdi. İndi xəstə və bədbəxt qadın günahını boynuna alırdı ki, məndən
üzr istəsin və yalnız indi sevgisinin gücünü anladığına inandıra bilsin. İndiyə
qədər heç vaxt Minnadan bu cür sözlər eşitməmişdim və bundan sonra heç vaxt o,
mənə bu cür sözlərlə müraciət etməmişdi. Yalnız sonrakı münasibətlərimizdəki bir
həssas anda bu cürə sözlər mənə məktubun göstərdiyi təsiri göstərib əhvalımı eyni
formada dəyişmişdi. Mən cavab verdim ki, bir də heç vaxt aramızda baş verənlər
barədə bir kəlmə belə kəsilməyəcək, bütün günahı öz boynuma götürürəm və
vədimi sözün əsl mənasında yerinə yetirməyimlə fəxr edə bilərəm.
Amaliyanın işi barədə danışıqlar müsbət nəticələndiyi üçün Minnaya bacısı
ilə birlikdə Riqaya gəlməyi təklif etmişdim. İki bacı dərhal yola düşüb oktyabrın
19-
da sərt payızın taxtına keçdiyi bir vaxtda, Drezdendən mənim yeni vətənimə
gəldilər. Minnanın sağlamlığının həqiqətən zərər gördüyündən əmin oduqdaməni
kədər hissi bürüdü və onu mümkün qədər ev rahatlığı, dincliklə təmin etməyə
çalışdım. Bu asan deyildi. Çünki mən yalnız təvazökar dirijor maaşı alırdım və
Minnanın bir daha teatra qayıtmayacağına qəti qərar verilmişdi. Bizə müəyyən
maddi çətinliklər yaşatmış qərar digər çətinliklərlə də müşaiyət olunurdu. Bu
çətinliklər mənə Qolteyin aşağı əxlaq səviyyəsi barədə ikrahdoğuran sübutlar ver-
di. Hələlik insanların mənə qısqanc biri kimi baxmaqlarıyla barışmalı idim. Mən
qısqanclığa əsasım olması barədə ümumi fikri sakit qarşılayırdım və yalnız ailə
münasibətlərinin bərpa olunmasından, təvazökar təsərrüfatın yükünü daşımaq-
dan razı idim. Minna ev işlərinin öhdəsindən çox yaxşı gələ bilirdi. Ailəmizdə hələ
də uşaq olmadığına görə ailə ocağını canlandırmaq üçün adətən evdə it saxla-
yırdıq. Hətta bir dəfə doğulan kimi evimizə gətirilən canavar balasını böyütmək
kimi eksentrik ideyaya qapılmışdıq. Lakin bu sakinin evimizin rahatlığına uyğun
gəlmədiyinə əmin olduqdan bir neçə həftə sonra ondan imtina etdik. Daha çox
bəxtimiz Amaliyadan sarı gətirmişdi. O, öz şəfqəti, tam tələbsizliyi və inamı ilə
müəyyən müddət ərzində məhrum olduğumuz ailə atmosferinin yaranmasında
həqiqətən kömək etdi. Əsl təhsil almayan bacıların hər ikisi tez-tez əyləncələri ilə
ən komik üsullarla keçmiş uşaqlıq günlərini canlandırırdılar. Onlar ikisəsli uşaq
mahnıları oxuyurdular və heç vaxt musiqi təhsili almayan Minna bacarıqla bacısı-
nı təkrarlaya bilirdi. Şam yeməyi üçün açılmış süfrədə isə rus salatı, dvin qızılba-
lığı, bəzən təzə kürü olardı. Belə vaxtlarda biz özümüzü uzaq şimalda heç də pis
hiss etmirdik.
Amaliya gözəl səsi və musiqi istedadı sayəsində əvvəlcə tamaşaçılar arasın-
da uğur qazanmışdı və bu hər üçümüz üçün xoş idi. Lakin alçaq boyu və kasad
dramatik bacarıqlarına görə repertuarı məhdud idi və tezliklə o, daha xoşbəxt
rəqibləri tərəfindən həssaslıqla arxa plana itələnmişdi. Bu cür şəraitdə o, çox şərəfli