147
Rixard Vaqner
Mənim həyatım
və namuslu bir adamın sevgisini qazanmasını özü üçün böyük xoşbəxtlik hesab
edirdi. Rus ordusunun zabiti, o vaxtlar rotmistr, indi general olan Karl fon Mekk
bir il sonra Amaliya ilə evləndi. Lakin təəssüf ki, ilk dövrlərində müəyyən naha-
marlıqların qaçılmaz olduğu bu yeni münasibətlərə görə bizim birlikdə yaşayımı-
zın üstünü ilk buludlar aldı. Vaxt keçdikcə bacılar tamamilə dalaşdılar və mənim
payıma düz bir il bir-biri ilə nə söz, nə baxış mübadiləsi aparan iki bacı arasında
yaşamaq məcburiyyəti düşdü.
82
1838-
ci ilin qışını köhnə şəhərdə darısqal, narahat mənzildə keçirtdik. Yal-
nız yazda nisbətən az tikilələri olan Peterburq forştadtında daha rahat mənzilə
köçdük. Orada bacılar arasındakı pis münasibətlərə baxmayaraq evimizin qapıları
dost və tanışlarımıza açıq idi. Teatrdan yoldaşlarımızla yanaşı şəhər sakinlərindən
bəziləri ilə də münasibət qururdum. Biz rejissor Dornun ailəsini qəbul edir və
ziyarətlərinə gedirdik. Hətta onunla münasibətlərim “sən” səviyyəsinə gəlmişdi.
Lakin ən yaxın dostum bir o qədər qabiliyyətli olmasa da, hörmətə layiq Frans
Lebman idi. O, teatrın ikinci dirijoru vəzifəsini yerinə yetirirdi. Ümumiyyətlə,
daha geniş mühitlə elə də sıx ünsiyyət saxlamırdım. Olan-qalan münasibətim isə
həyatımın əsas məqsədinə çevriləcək tendensiyalar aydınlaşdıqca get-gedə aza-
lırdı. Beləliklə, ikillik yaşayışdan sonra Riqanı laqeyd halda tərk edərkən orada
da Maqdeburq və Köniqsberqdə olduğu kimi az əlaqələr saxladım. Lakin Riqa-
dan gedişim bəzi iyrənc hadisələrlə xüsusilə zəhərlənmişdi. Bu isə hər dəfə teat-
ra işə düzəlməyə cəhd edərkən qarşılaşdığım elementlərlə təmasdan azad olmaq
istəyini gücləndirirdi.
Amma bu tədricən üzə çıxırdı. Əvvəlcə erkən dağılmış ailə həyatımı
yenidən quraraq özümü həm də yaradıcılıq fəaliyyətimdə də əvvəlkinə nisbətən
daha məmnun hiss edirdim. Teatr müəssisəmizin yaxşı maddi vəziyyəti incəsənət
sahəsində də müəyyən sevindirici tədbirlər keçirməyə imkan verirdi. Teatr çox
balaca və dar binada yerləşirdi. Kiçik səhnə teatr dəbdəbəsi barədə istənilən fik-
ri istisna edirdi. Orkestr üçün hədsiz dərəcədə məhdud məkana görə orkestr
qüvvəsinin genişləndirilməsi barədə də düşünməyə dəyməzdi. Beləliklə, biz ən
dar çərçivəyə sıxışdırılmışdıq. Buna baxmayaraq məkanı yalnız iki birinci və iki
ikinci skripkalar, iki alt və nəfəsli kvartet, bir kontrabas üçün nəzərdə tutulan or-
kestri əhəmiyyətli dərəcədə gücləndirə bilmişdim. Lakin bu uğurlu cəhdlər Qol-
teyin ilk narazılıqlarını üzərimə çəkdi. Tezliklə opera üçün yaxşı ansambl təşkil
olunmuşdu. Meqyulun “İosif Misirdə” operasıın uğurlu öyrənilməsi fövqəladə
dərəcədə müsbət təsir etdi. Bu əsərin alicənab və sadə üslubu təsirli musiqi ilə