Rixard Vaqner
Mənim həyatım
148
birlikdə teatr təcrübəsinin təsirindən korlanmış musiqi zövqümün yaxşılaşmasına
da vasitəçi olmuşdu. Kifayət qədər yaxşı dramatik tamaşalar yenidən köhnə ciddi
meylimi oyadıb sevincimə səbəb oldu. Xüsusilə, “Kral Lir”in ifası yadımda qalmış-
dı. Bu əsəri nəinki açıq tamaşalarda, hətta məşqlərdə də maraqla izləyirdim. Lakin
bu səmərəli təəssüratlar yalnız mənim teatr fəaliyyətimdə özümü get-gedə daha
bədbəxt hiss etməyimə vasitəçi olurdu. Çünki bir tərəfdən məni teatrımızı təşkil
edən şəxsiyyətlərdən uzaqlaşdırırdı, digər tərəfdən rəhbərliyin apardığı siyasət
tədricən güclənən narazılığıma səbəb olurdu. Maqdeburqda üzə çıxan seçim
etmədən tanışlıq qurmaq meylimi tükədib teatr personalı ilə ünsiyyətdən iyrənc
təcrübə çıxarmışdım. Mən bu savadsız, tam intizamsız insan sinfinin boşluğundan,
şöhrətpərəstliyindən və son həddə çatmış eqoizmindən əmin olmuşdum. Tezliklə
truppamızda mübahisə etmədiyim adam qalmamışdı. Ən kədərlisi isə o idi ki, yal-
nız daha yaxşı bədii ansambl əldə etmək üçün atıldığım bu mübarizədə Qolteyin
dəstəyini almamaqla yanaşı, onun simasında bir düşmən qazanmışdım. Tezliklə
o, özünü teatrımızın onun zövqünə görə çox sanballı xarakter aldığını açıq şəkildə
bildirməyə məcbur hiss etdi. Bu zaman həm də məni inandırmağa çalışırdı ki, yax-
şı teatr ifası pozğun ifaçı heyətini ehtimal edir. O, teatr sənətinin ləyaqəti anlayışını
pedantik cəfəngiyyat və tamaşaçıya yarıhəssas, yarıyüngül təsir göstərən vodevili
isə yeganə diqqətəlayiq janr hesab edirdi. Ciddi operaya, xüsusilə də zəngin musi-
qi ansamblına nifrət edirdi və mənim bu istiqamətdə tələblərimi yalnız lağa qoyur
və acıqla imtina edirdi. Yavaş-yavaş onun tendensiyaları və əxlaqi münasibətlərə
toxunan digər meylləri arasında özünəməxsus əlaqə aydınlaşaraq məni dəhşətə
gətirirdi. Lakin ilk dövrlərdə onun bədii antipatiyasını biruzə verməsi mənim teatr
fəaliyyətinə get-gedə artan ikrahımı dəstəkləyirdi. Düzdür, payıma bir neçə yaxşı,
sevindirici tamaşa düşmüşdü. Bu tamaşalar üçün truppamızın yayın əvvəlində bir
neçə həftəliyə yolda düşdüyü Mitavadakı böyük ölçülü teatr yaxşı şərait təqdim
etmişdi. Lakin məhz orada olduğumuz müddətdə vaxtımı Bulverin romanlarını
oxuyaraq keçirərkən teatr aləmi ilə istənilən əlaqədən azad olmağa qərar verdim.
83
Hələ Riqa dövrünün əvvəlində bitirdiyim “Riensi”nin mətninə yazdı-
ğım musiqi mənim üçün başqa, arzulanan zəngin dünyaya körpü salmalı idi.
Şən ayı ailəsi”nə musiqi yazmaqdan imtina etməyimin səbəbi bu əsərin yüngül
xüsusiyyətlərinin məni yenidən nifrət etdiyim teatr çərçivələrinə çəkməsi idisə,
indi gümrahlığımı və sakitliyi “Riensi” üzərində işləməkdə tapırdım. Onu bədii-
yaradıcı vasitələrinheç nə iləmüqayisə olunmayan israfçılığı ilə elə işləyəcəkdimki,
vaxt keçdikcə onun səhnələşdirilməsinə nail olmaq istəyi belə məndə indiyə qədər