149
Rixard Vaqner
Mənim həyatım
işləməyə məcbur olduğum kiçik teatr şəraiti ilə bütün əlaqələri tamamilə kəsməyə
və böyük teatrlarla əlaqələr axtarmağa vadar etsin. Mitavadan qayıtdından sonra,
1838-
ci ilin yayının ortasında bu işə başladım. O, bu cür həyat şərtlərində, daha
çox məyusluqdan doğulan enerjiyə bənzəyən həvəsimi dəstəkləyirdi. Konsepsiya-
mı kimə danışsam da artıq süjetlə tanışlıqdan sonra anlayırdı ki, bu cür əsəri tama-
şaya qoymaqla razılaşmayan teatr rəhbərliyi ilə birdəfəlik ayrılacam . Tanışlarım
mənim özündənrazılıq və yelbeyinlik etdiyimi düşünürdülər.
İş bacarmayan, eksentrik adam kimi məşhurlaşmışdım. İndi opera musiqisi-
nin bayağı istiqamətindən zövq ala bilmədiyim üçün gözəl Leypsiq uvertüramın
hamisinin gözündə də bu mövqeyə düşmüşdüm. Yeni musiqi jurnalında verdiyim
konsert haqqında hesabatda o, açıq şəkildə fikir bildirib, utanmadan Maqdeburq-
dakı “Kolumb” uvertüramı və artıq qeyd etdiyim “Rule Britania”nı ələ salmışdı.
Bu uvertüraların ifası mənə də sevinc bəxş etməmişdi. O əsərlərdə özünü güc-
lü şəkildə biruzə verən truba həvəsim mənə bir neçə xoşagəlməz an yaşatmış-
dı. Görünür, riqalı musiqiçilərə çox güvənirdim. “Riensi”nin süjetini işləyərkən
göstərdiyim israfçılığın əksinə həmin Q. Dorn demək olar ki, yalnız bizim Riqa
orkestrimizin gücünə uyğunlaşdırılmış opera yazmağa başladı. Onun Janna d`Ark
vaxtında Parisin mühasirəsindən bəhs edən tarixi-komik operası “
Der Schoffe von
Paris”
in öyrənilib səhnələşdirilməsi müəllifi xeyli razı salmışdı. Onun uğuru
məni “Riensi” üzərində işi davam etdirmək məqsədimdən çəkindirmədi və mən
içdən-içə bu uğura heç bir paxıllıq çəkmədən tamaşa edə bildiyim üçün sevinir-
dim. Heç kimlə rəqabətə girmək arzum olmadığı üçün Riqanın mədəni həyatı ilə
ünsiyyətdən qaçır, sadəcə, müqavilədə qeyd olunan öhdəlikləri yerinə yetirməklə
kifayətlənirdim. Beləliklə, böyük opera üçün iki akt da yazmışdım və onu nə vaxt-
sa, özümün səhnələşdirə bilib-bilməyəcəyim məsələsi məni qəti narahat etmirdi.
84
Belə erkən vaxtda payıma düşən bu acı həyat tərcübəsi, şübhəsiz, zövqlərimin
və meyllərimin, ruhumun çoxdan can atdığı ciddi maraqlar istiqamətində dəyiş-
məsinə vasitəçi olmuş və son vaxtlarda xüsusilə kədərli təəssüratlarla bəzənmişdi.
Minna Riqaya yanıma gəldikdən bir müddət sonra bacım Rozaliyanın ölüm
xəbərini aldım. Ömrümdə ilk dəfə ruhən mənə yaxın birinin itkisini hiss etmiş-
dim. Məhz bu bacımın ölümü məni dərin əhəmiyyətli tale zərbəsi kimi sarsıt-
mışdı. Onun sevgisini və hörmətini qazanmaq üçün bir vaxtlar bütün gənclik
yüngüllüyündən vaz keçmişdim. Onun rəğbətini qazanmaq üçün xüsusi, şüurlu
səylə ilk böyük işlərimlə məşğul olmuşdum. Məni ata evini tərk etməyə vadar
edən ilk böyük həyat qayğısı başımın üstünü alanda, o, təlaşlı ürəyimi oxuya bilən