Rixard Vaqner
Mənim həyatım
150
yeganə adam idi. Leypsiqdəki görüşümüz zamanı onun ağır hisslərlə dolu, son
vida sözlərini eşitmişdim. Özüm haqqımda heç bir xəbər vermədiyim vaxtlarda,
özbaşına evliliyim və bununla bağlı zahiri narhatlıqlarla bağlı şaiyələr ailəmə ça-
tanda da yenə o, (anam belə danışırdı) mənə inamını itirməmişdi və həmişə ümid
eləmişdi ki, mənəvi gücüm özünü göstərəcək, özümü əhəmiyyətli bir formada ta-
nıda biləcəm. İndi onun ölümü ilə bağlı xəbər alanda bizim son, təlaşlı vidamızı
xatırladım və onunla münasbətlərimizin dəyəri qəfil bir şimşək kimi bütün parlaq-
lığı və gücü ilə qarşımda dayandı. Bunların mənə necə təsir göstərdiyini isə sonra-
lar ilk görkəmli uğurlarım zamanı anam göz yaşları içində Rozaliyanın bunu görə
bilmədiyinə təəssüflənərkən anlayacaqdım. İndi yenidən ailəmlə ünsiyyət qurmaq
imkanı mənə yaxşı təsir göstərdi. Anama və bacılarıma həyatım barədə müəyyən
xəbərlər gedib çıxırdı və indi yenidən onlardan almağa başladığım məktublarda
özbaşına və eqoist davranışlarıma görə heç bir qınağın olmaması məni həqiqətən
təsirləndirmişdi. Onlar mənə mərhəmət və ürəkdən gələn qayğı bəsləyirdilər.
Həmçinin ailəmə həyat yoldaşımın yaxşı cəhətləri barədə də xəbərlər gedib çıxırdı
ki, bu məni hədsiz sevindirirdi. Beləliklə, onun mənə qarşı münasibətini müdafiə
etmək və haqlı çıxarmaq qayğısından azad olurdum. Bu isə yüngül iş deyildi.
Bütün bunlar uzunmüddətli fırtınalardan və həyəcanlardan sonra ruhuma fay-
dalı dinclik gətirdi. Məni ehtiyatsız, çox erkən nikaha yönləndirən səbəblər, bu
addımın gücümə məhvedici təsiri sakit və dinc şəkildə arxada qalmışdı. Çox vaxt
ikrahdoğurucu, narahatlıq verən formalarda təzahür edən bayağı maddi qayğı-
lar uzun müddət üzərimdən getməsə də, coşğun gəncliyimin bütün həyəcanları
elə sakitləşmiş, elə yatmışdı ki, bundan sonra tam yaradıcı sərbəstlik yetişənə
qədər mənəvi gücümü yalnız çox ideal məqsədlərə yönəldə bilərdim. Ağlımda
Riensi”nin planı yaranan həmin andan bu ideal məqsədlər mənim bütün praktiki
addımlarımın yeganə motivinə çevrilmişdi.
85
Sonralar mənə bir riqalının barəmdə dediyi bir fikri çatdırmışdılar. O, Liflan-
diyanın kiçik paytaxtında keçirdiyi iki il ərzində özünü heç cür göstərə bilməyən
bir insanın uğurları barədə eşidib çox təəccüblənmişdi. Bu sözlər Riqadakı həyatımı
ilk dəfə aydın şəkildə gözlərimin önünə gətirmişdi. Orda olduğum müddətdə
mənə az da olsa emosional təsir göstərən biri ilə heç vaxt qarşılaşmamışdım. Mən
bütünlüklə özüm öz ixtiyarımda qalıb hamı üçün yad birinə çevrilmişdim. Dedi-
yim kimi, get-gedə daha da artan ikrahla teatr heyətindən uzaqlaşırdım. Beləliklə,
Riqada olduğum ikinci ilin sonunda, 1839-cu ilin martında rəhbərlik işdən çı-
xarıldığımı bildirdi. Bu fakt bütün gözlənilməzliyi ilə yanaşı fəaliyyət planımı