151
Rixard Vaqner
Mənim həyatım
dəyişmək istəyimlə tam uyğun idi . Bu istefanı müşayiət edən şəbəblər, şərait elə
idi ki, ona ömrümün ən iyrənc sınaqlarından biri kimi baxmaya bilmirdim. Məni
tabdan salan təhlükəli xəstəlik, Qolteyin mənə münasibətinin əsl xarakterindən
əmin olmaq üçün xoşagəlməz şərait yaratmışdı. Qışın oğlan çağında məşqlər za-
manı güclü soyuq dəymişdi mənə. Daimi xoşagəlməzliklər və işləyib yaşamalı
olduğum şəraitin miskinliyini dərk etməyimin ucbatından oyaq əsəblərimə görə
soyuqdəyməm ciddi xarakter aldı. Elə həmin günlərdə truppamızın Mitavada
Norma”da qastrol çıxışı baş tutmalı idi. Qoltey məni qışın ortasında xəstə yata-
ğımı tərk edib səyahətə çıxmağa, Mitava teatrının soyuq binasında xəstəliyimin
ağırlaşması bahasına çıxış etməyə məcbur edə bilmişdi. Bunun nəticəsi olan yata-
laq qızdırması məni o dərəcədə haldan salmışdı ki, vəziyyətimdən xəbərdar olan
Qoltey artıq teatrda mənim bir də dirijorluq edə bilməyəcəyimdən və görünür,
uzun səyahətə yola düşməyə” hazır olduğumdan bəhs edirdi. Xilasım və sağal-
mam üçün əla homeopat həkim Putserə borclu idim. Bundan, çox keçməmiş Qol-
tey teatrımızı və şəhəri həmişəlik tərk etdi. Öz dediyi kimi teatrdakı “həddindən
artıq sanballı” şəraitdə işləmək onun üçün dözülməz idi. Həm də arvadının ölü-
mü ilə sarsılmış şəxsi həyatında vəziyyət o yerə gəlib çıxmışdı ki, Riqanı tərk
etmək onun üçün ən yaxşı çıxış yolu, sonluq ola bilərdi. Mən də xoşagəlməz və
gözlənilməz şəkildə əzab çəkməli olduğumu aşkarlayanda çox təəccüblənmişdim.
Qolteyi əvəzləyən ifaçı İosif Hoffman mənə bildirdi ki, digər şərtlərlə yanaşı, ona
dirijor Dornla imzalanmış əvvəlki rəhbərliyin imzaladığı müqavilə də ötürül-
müşdü. Bu müqaviləyə görə, Dorn mənim yerimə keçməli olduğundan mənimlə
müqavilənin təzələnməsi qeyri-mümkün olurdu. Arvadım bu məsələni eşidib
bildirdi ki, Qolteyin hər ikimizdən xoşunun gəlməməsinin səbəbləri ona çoxdan
məlumdur. Minnanın mənə mərhəmət göstərərək və direktora qarşı qoymamaq
üçün o vaxta qədər gizlətdiyi faktlar məsələyə işıq salıb aydınlıq gətirmişdi. Xatır-
ladım ki, Minna Riqaya gələndən sonra Qoltey məni arvadıma təklif olunan işlərə
mane olmamağa razı salmağa cəhdlər eləmişdi. Mən ona arvadımla danışmasını,
Minnanın teatr karyerasından imtinasının ikimizin ortaq qərarı olduğunu və əsla
mənim qısqanclığımın nəticəsi olmadığını öyrənib bundan əmin olmağını xahiş
etdim. Teatrda məşqlərdə olarkən Minnaya bu danışıqlar üçün vaxt vermişdim.
Bir neçə dəfə bu görüşlərdən sonra evə qayıdarkən Minnanın çox həyəcanlı ol-
duğunu sezirdim. Sonda o mənə qəti elan etdi ki, heç cür Qolteyin təklif etdiyi
işlə razı olmayacaq. Bundan başqa, Minnanın, mənim Qolteyə onunla danışıqlar
aparmaq üçün imkan yaratmağımın səbəblərini anlaşılmaz və cəsarətsiz şəkildə
aydınlaşdırmaq cəhdləri etdiyini də görürdüm. Demək, görüşlərdən istifadə edən
Qoltey sevgi macəraları axtarışında imiş. Bu insanın özünəməxsus xüsusiyyətləri
ilə tanış olandan sonra məsələnin xarakteri və tendensiyaları mənə az başadüşülən
gəlirdi. Lakin onun bu tipli başqa macəralarından öyrəndim ki, özü barədə sevgi