Rixard Vaqner
Mənim həyatım
152
münasibətlərinin qəhrəmanı kimi söz gəzməsi ona ləyaqətini ləkələyən digər daha
böyük günahlarını ört-basdır etmək üçün sərfəli imiş. Şəxsi uğursuzluğundan son-
ra Qolteyin arvadıma başqa adam üçün müraciəti Minnanı lap qəzəbləndirmişdi.
Qoltey deyirmiş ki, Minnanın, saçı ağarmış və maddi vəsaitləri olmayan birinə yox
deməsini anlayır və yaraşıqlı, gənc, həmçinin çox zəngin tacir Brandenburqu təklif
edir. Minna qeyd etmişdi ki, bu ikiqat uğursuzluq və heç nə əldə etmədən kartları-
nı açmasını dərk etməsi Qolteyi kinlə doldurmuşdu. İndi “sanballı teatr əxlaqı”ına
daimi hücumların və ehtiraslı nifrətin onun tərəfindən dahiyanə mübaliğələr ol-
madığını və belə xoşagəlməz təhqirlərə dəfələrlə məruz qaldığını anlamışdım.
Görünür, onun sonda arvadımı da cəlb etmək istədiyi cinayətkar cəhdləri poz-
ğun həyatını izləyənlərin nəzərindən yayınmamışdı. Bu barədə söhbət edə bildi-
yim ona yaxın şəxslər açıq-aydın deyirdilər ki, yalnız ifşa olunmaq qorxusu onu
mövqeyini qurban verərək Riqanı tələsik tərk etməyə vadar etmişdi. Nəticədə
hələ uzun müddət onun mənə olan güclü nifrəti, “gələcəyin musiqisi”nə, bu mu-
siqinin tendensiya hissi üçün təhlükəli olan sadəliyinə etdiyi hücumları barədə
çox eşitməli oldum. Lakin biz artıq bu insanın necə ehtirasların ardınca getdiyini,
Riqadakı əməkdaşlığımızın son vaxtlarında mənə necə düşmən mövqe tutduğu-
nu bilirdik. Əvvəllər bunları yalnız yaradıcı dünyagörüşümüzün fərqli olması ilə
əlaqələndirirdim.
86
Bu düşmənçiliyin əsasında sırf şəxsi səbəblərin dayandığından əmin olub
dəhşətə gəlsəm də, mənə çox düzgün və namuslu biri kimi görünən adama ina-
naraq insanları necə pis tanıdığımı boynuma almalı olsam da, dostum Q. Dornun
xasiyyəti ilə bağlı etdiyim kəşf məni daha çox sarsıtmışdı. Riqadakı fasiləsiz ta-
nışlığımız ərzində onun mənə böyük qardaşım kimi sevgi dolu münasibəti yaxın
dostluq xarakteri almışdı. Biz demək olar ki, hər gün görüşür, bir-birimizi ziyarət
edir, ailəlikcə gedib-gəlirdik. Ondan sirr saxlamırdım və onun
Der Schoffe von Pa-
ris”
operasının rəhbərliyim altında keçən tamaşaları, elə özünün başçılığı altında
keçirmiş kimi uğurla baş tuturdu. Vəzifəmin ona verildiyini öyrənəndə onunla
danışıb müəyyən məsələləri aydınlaşdırmalı olduğuma qərar verdim. Bəlkə onun
mənim teatrda bundan sonrakı mövcudluğum barədə planlar və niyyətlərdən
xəbəri yox idi. Lakin onun yazılı cavabından məlum oldu ki, Dorn həqiqətən Qol-
teyin mənə düşmənçiliyindən istifadə edib ondan öz xeyrinə müqavilə ala bil-
mişdi. Onun ağlına da gəlməmişdi ki, bir dost kimi bu üstünlükdən yalnız mən
Riqadakı vəzifəmdən imtina etdiyim halda istifadə edə bilərdi və əvvəlki yaxın
xüsusiyyətlərini qoruyan görüşlərimiz zamanı mənim teatrdan mümkün və ya