153
Rixard Vaqner
Mənim həyatım
qeyri-mümkün gedişim barədə söhbətlərdən yan keçməyə çalışırdı. İndi o, deyir-
di ki, Qoltey mənimlə müqaviləni heç vaxt yeniləməzdi, çünki guya mən ifaçılarla
yola getmirdim. Ona görə operasının uğuru nəticəsində teatra yeni meyli yaran-
mışdı və bunu hiss edib əlinə düşən əlverişli fürsətdən öz xeyrinə istifadə etmiş-
di: bunun üçün isə onu günahlandırmaq olmazdı. Bundan başqa o, bizim şəxsi
söhbətlərimizdən belə nəticəyə gəlibmiş ki, mən, Qolteyin əvvəlcədən kəsdiyi cüzi
maaşla, üstəgəl, mənə qarşı işi Dornun tanıdığı vəkillərə tapşırılmış maqdeburqlu
və köniqsberqli kreditorlar tərəfindən açılmış məhkəmə işlərinə və sıxışdırıldığıma
görə çox pis vəziyyətdəydim, bu halda isə yəqin ki, Riqada qala bilməyəcəkdim.
Belə şərtlərdə Qolteyin təklifini qəbul eləmiş, bir dost kimi özünü mənimlə bağlı
vicdan əzabından azad hiss edirdi. Onun özünü aldadaraq rahatlaşmaması üçün
xəbərdar olduğu bir faktı yadına saldım. Belə ki, teatrda xidmət göstərdiyim üçün-
cü il üçün müqaviləmdə maaş artımı nəzərdə tutulurdu. Bundan başqa, orkestr
konsertləri də təşkil olunmalıydı ki, bəzilərinin artıq uğurlu başlanğıcı qoyul-
muşdu. Artıq köçmək və yeni yerdə yerləşməklə bağlı maddi çətinliklərin keçdiyi
üçün köhnə borclarımı ödəmək imkanı da yaranırdı. Bunları nəzərə alaraq ondan
soruşdum ki, əgər əvvəlki mövqeyimi qorumağı özüm üçün daha sərfəli hesab
etsəm və ondan Qolteylə imzaladığı müqavilədən imtina etməyi istəsəm, necə
davranar. Üstəlik, Qoltey Riqadan getdiyi üçün qovulmağıma göstərdiyi səbəb
istər-istəməz aradan qalxır. Buna indinin özünə qədər Dorndan heç bir cavab al-
mamışam. 1865-ci ilin yayında isə Dorn gözlənilmədən Münhendəki mənzilimə
gəldi. Görünür, onu tanıdığım üçün sevinib məni qucaqlamaq məqsədi ilə yaxın-
laşdı. Mən bundan canımı qurtara bilsəm də, gördüm ki, dostyana müxtəsərlik
və “sən” müraciəti qaçılmazdır. Yoxsa, çox yəqin, bu məni həyəcanlandıran əlavə
izahatlara gətirib çıxaracaqdı. O vaxt isə - “Tristan”ın səhnələşdirildiyi vaxt idi-
mənim həyəcanlanmağa kifayət qədər səbəbim var idi. Riqada olarkən əsərinin
uğursuzluğundan sonra teatrdan uzaqlaşıb musiqiyə əsl peşəkar kimi yanaşmağa
başlayan həmin Haynrix Dorn idi. Tarixi-komik operası
Der Schoffe von Paris”
in
yerli uğurundan həvəslənən Dorn ki, Qoltey kimi birinin iştirakı ilə dostuna qarşı
satqınlıq elədi və nəhayət, Ferens Listin alicənab yanlışı onu unudulmağa qoyma-
yıb Almaniyada dramatik musiqinin müdafiəçisi roluna qədər gətirib çıxardı. Al-
maniyanın böyük lirik teatrı olan Berlin kral operasında son vacib mövqeyinə görə
o, Kral Fridrix Vilhelmin kilsə mərasimlərinə olan marağına borclu idi. Beləliklə,
istedadı üzündən yox, yalnız vəzifə əldə etmək istəyi və artıq qeyd edildiyi kimi
Listin sayəsində o, Almaniyanın böyük şəhərlərindən birində Köln kilsəsinin mü-
zikdirektoru vəzifəsini əldə edə bilmişdi. Kilsə bayramlarının birində o, Prussiya
monarxının musiqi hissinə elə təsir edə bilmişdi ki, kral mükafat kimi ona saray
teatrının kapelmeysteri vəzifəsini vermişdi. O, bu vəzifəsində Vilhelm Taubertlə
birlikdə uzun müddət Almaniya dramatik musiqisinin bayraqdarına çevrilmişdi.