Rixard Vaqner
Mənim həyatım
154
87
Riqa teatrında Qolteyin yerinə keçən Hoffman, düzünü desək, mənim qur-
ban olduğum satqınlığa isti yanaşmışdı. O, mənə demişdi ki, Dornla müqavilə
yalnız birillik də olsa onun əl-qolunu bağlayır və elə indi gələn mənimlə il üçün
müqavilə imzalamağa hazırdır. Riqalı incəsənət həvəskarlarının itirdiyim dirijor
maaşını dərslər və konsertlərin təşkili ilə əvəzləmək təklifləri də buna əlavə olun-
muşdu. Bu diqqət nümayişini, mənə dəyər verdiklərini görmək nə qədər xoş olsa
da, yaxından tanış olduğum teatr həyatı ilə əlaqələrimi birdəfəlik kəsmək istəyi o
qədər güclü idi ki, əlimə düşən bu qeyri-ixtiyarı fürsətdən bərk yapışıb dərhal bu
vəzifəni tərk etmək və tamamilə yeni bir yola üz tutmağa qərar verdim. Dornun
satqınlığının arvadımda yaratdığı qəzəbdən və kədərdən istifadə edib onu kifayət
qədər eksentrik niyyətimə - Parisə köçməyə hazırlamağa başladım. Əvvəldən
Riensi”nin planını elə qurmuşdum ki, bu operanın səhnələşdirilməsi yalnız ən
zəngin teatr şəraitində mümkün idi və mən aralıq pillələrdən ötərək birbaşa Avro-
panın nəhəng opera üslubunun mərkəzinə üz tutmaq qərarına gəldim. Hələ Maq-
deburqda ikən Q. Keniqin
Die hohe Braut”
romanından geniş fransız miqyasına
hesablanmış böyük beşpərdəli opera üçün süjet götürmüşdüm. Onun səhnə pla-
nını tamamlayıb fransız dilinə tərcümə elətdirdim və Köniqsberdən Parisə, Skribə
yolladım. Bununla yanaşı, opera librettolarının məşhur tərtibatçısına məktub
göndərdim. Məktubda ona bu opera planını bir şərtlə təklif edirdim ki, o da öz
növbəsində mənim bu operaya Paris üçün musiqi yazmaq sifarişini əldə edə bil-
sin. Bu cür işin öhdəsindən gəlməyə qabiliyyətim çatdığından əmin olsun deyə,
ona eyni zamanda “Sevgi qadağası”nın partiturasını da göndərmişdim. Bundan
başqa, Meyerberə də yazıb onu məramımdan xəbərdar etməyi və dəstəyini xahiş
etməyi qərarlaşdırdım. Məktublarıma cavab almamağım məni qəti narahat etmir-
di. Təkcə “artıq Parislə əlaqə qurduğum” fikri mənə bəs idi. Həqiqətən, Riqada
cürətli məqsədimi yerinə yetirməyə başlayanda ayağımın altında möhkəm bir
zəmin hiss edirdim və Paris planlarım əslində havadan asılı deyildi. Buna kiçik
bacım Sesiliyanın kitab satıcısı Eduard Avenariusla nişanlanması da əlavə olun-
du. Yeni yeznəmiz Brokhauzun sahəsində çalışırdı və alman firmasının Parisdəki
filialının fəaliyyətini də öz üzərinə götürmüşdü. Vaxt yetişəndə Skribdən bir neçə
il əvvəl göndərdiyim təklifə cavab almaq üçün məhz onun köməyinə müraciət
etdim. Avenarius Skribi ziyarət etdi və öyrəndi ki, o vaxt göndərdiyim materiallar
yerinə çatıbmış. Skrib onu inandırmağa çalışmışdı ki, göndərilən süjeti unutma-
yıb, guya səhv xatırlamırdısa, orada qardaşının bəd rəftarı ilə üzləşən “
joueuse de
harpe”
dən söhbət gedirdi. Doğrusu, onun yaddaşında məhz bu epizodik əhvalatın
qalması məndə şübhə oyatdı. Böyük ehtimalla o, məhz bu əhvalatın baş verdiyi ilk