155
Rixard Vaqner
Mənim həyatım
pərdədən o yana keçməmişdi. Partituraya gəldikdə isə o bildirmişdi ki, konserva-
toriya tələbələrindən birini ondan müəyyən hissəni ifa etməyə məcbur edibmiş.
Bu vəziyyət isə aramızda ciddi münasibətlərin mövcudluğuna ehtimal vermirdi.
Lakin Skribin Avenariusa mənim işimlə bağlı yazdığı məktub əlimə keçəndə onun
mənim barəmdə nə düşündüyünü və əslində, aramızda əlaqənin yarandığını an-
ladım. Hətta arvadımın əsla sanqvinik temperament və təxəyyülünə baxmayaraq
Skribin məktubu o qədər əhəmiyyətli göründü ki, onun mənimlə birgə Parisə
getmək avantürası qarşısındakı qorxularına qalib gəldi. Nəhayət, qərar verdik ki,
Riqada ikinci müqavilə ili bitdikdən sonra, yayda (1839), Riqadan birbaşa Parisə
yola düşəcəyik və orada mən yalnız opera kompozisiyaları sahəsində bəxtimi sı-
nayacam.
Bu arada “Riensi”nin hazırlığı daha əhəmiyyətli hala gəlirdi. Hələ getməzdən
əvvəl ikinci pərdəni bitirmişdim. Bura ən geniş həcmdə qəhrəmanlıq baleti daxil
edilmişdi. Məhz bu vaxt məlum oldu ki, mən dərhal fransız dilini öyrənməyə baş-
lamalıyam. Halbuki, klassik gimnaziyada olarkən bu dilə böyük nifrət bəsləyirdim.
Dörd həftə qaldığını nəzərə alaraq yaxşı müəllim tutdum. Lakin belə qısa vaxt
ərzində xüsusi nəticə əldə edə bilməyəcəyimi anlayıb dərslərdən istifadə edərək
Riensi”nin dəqiq tərcüməsinə nail olmağa çalışdım. Onu əldə edən kimi fransız
mətnini musiqinin hazır hissələrinin partiturasına yazdım ki, Parisə çatan kimi
dərhal yarıbitmiş operanı fransız musiqi tənqidçilərinin mühakiməsinə verim.
88
Mən elə hesab edirdim ki, hər şey dəqiq düşünülüb və səyahət üçün bircə
pul tapmaq qalır. Lakin bu baxımdan vəziyyət çox pis idi. Sadə mənzilimizin satı-
şından, benefis konsertinin gəlirindən və xırda ehtiyatlardan yığılan məbləğ yalnız
iddialarını Riqaya keçirən maqdeburqlu və köniqsberqli kreditorların borclarını
ödəməyə yetirdi. Pullarımı bu məqsəd üçün xərcləsəydim qara qəpiyim belə qal-
macaqdı. Çıxış yolu tapmaq lazım idi. Köniqsberqli köhnə dostumuz AbraamMel-
ler həmişəki kimi cəld və hər baxımdan qiymətləndirilməsi çətin məsləhətlərindən
birini verərək bu çıxış yolunu göstərdi. Məhz bu böhranlı dövrdə o, bizi Riqada
ikinci dəfə ziyarət etdi. Mən ona çətin vəziyyətimiz və Parisə köçmək niyyətimizi
gerçəkləşdirməyə mane olan məsələlər barədə danışdım. O, çox düşünmədən bü-
tün pullarımı səyahətə xərcləməyi, kreditorları razı salmağı isə Paris uğurlarım
bunun üçün lazımlı imkan verənə qədər ləngitməyi məsləhət gördü. O, bizi öz
təcili poçt ekipajı ilə Rusiya sərhəddindən ən yaxın Prussiya limanına keçirməyi
təklif etdi. Sərhəddən keçidi pasportsuz həyata keçirməliydik. Çünki almaniyalı
kreditorlarımza görə pasportlarımıza qadağa qoyulmuşdu. Onun sözlərinə görə,