Rixard Vaqner
Mənim həyatım
156
bu həddindən artıq qıcıqlandırıcı tədbiri həyata keçirmək çox yüngül iş idi. Belə ki,
sərhəd yaxınlığında yerləşən mülklərdən birində köməyinə arxalana biləcəyimiz
bir dostu yaşayırdı. Hazırçı vəziyyətdən qurtulub şöhrətpərəst arzularımın yerinə
yetməsini gözlədiyim geniş arenaya can atmağım, bu cür planı müşaiyət edəcək
xoşagəlməzliklərə və fəlakətlərə gözümü bağlamışdı. Həmişə köməyimə yetməyə
hazır olan direktor Hoffman müqavilədə nəzərdə tutulan müddətdən bir neçə ay
əvvəl getməyimə izn verərək Riqa ilə ayrılığımı yüngülləşdirdi. İyunda Mitava te-
atr mövsümünün opera tamaşalarına dirijorluq etməyi bitirib Mellerin müdafiəsi
altında və onun ekipajı ilə gizlincə yola düşdük. Parisə yalnız misli görülməmiş bir
sıra xoşagəlməz hadisələrdən keçərək çata bildik.
89
Güllü-çiçəkli iyul ayında məhsuldar Kurlandiya boyu səyahət qeyri-ixtiyarı
ruhumda razılıq hissi oyatdı. Bunun əsas səbəbi həyatımın nifrət etdiyim zolağın-
dan qurtulub tamamilə yeni bir yola üz tutmağım idi. Lakin bu zövq lap əvvəldən
Robber adlı nyufaundlend itinin iştirakının verdiyi narahatlıqla korlanmışdı.
Əvvəllər bugözəl itin sahibi riqalı bir tacir olmuşdu. O, adətən cinsinə xas cəhətlərin
əksinə mənə bağlanmışdı. Riqanı tərk edib mən Mitavada olan müddətdə Robber
boş qalmış mənzilimi fasiləsiz qorumuşdu və onun bu sədaqəti ev sahibinə, qon-
şulara o qədər təsir etmişdi ki, onlar iti mənə poçtla göndərmişdilər. Görüşümüz
çox təsirli alınmışdı və mən bir də bu itdən ayrılmamağa söz verdim. Gələcəkdə
qarşılaşacağım çətinliklərə baxmayaraq it mənimlə birlikdə Parisə getməli idi. La-
kin ekipajda artıq bunun necə çətin olacağı məlum oldu. Onu içəridə, yaxud çöldə
yerləşdirmək üçün düşündüyüm bütün təchizatlar yararsız idi və mən təəssüflə
sıx tüklü şimal heyvanının dəhşətli istidə yanımızla qaçdığına baxmalı idim.
Nəhayət, əzablarını görüb lap pis hala düşdüyüm üçün bu böyük iti dolu ekipaja
birtəhər yerləşdirməyin inanılmaz üsullarını düşünməyə başladım. İkinci günün
axşamında Prussiya-Rusiya sərhəddinə çatdıq. Mellerin gizli keçidimizə görə na-
rahat olması bizim də diqqətimizi çəkib hər şeyin nə qədər təhlükəli olduğuna
yönəltdi. Mellerin Prussiyada yaşayan dostu şərtləşdiyimiz kimi kiçik ekipajla bi-
zim görüşümüzə çıxdı. Elə bu ekipajla böyük yoldan dönüb məni, Minnanı və
Robberi müəyyən yerə qədər apardı və oradan piyada çox şübhəli görünüşü olan
evə qədər ötürdü. O, bizi bələdçiyə təhvil verib getdi. Orada günəşin batmasını və
qaranlığın düşməsini gözlədik. Bizim kontrabanda yuvasına düşdüyümüzü an-
lamağımız üçün kifayət qədər vaxtımız var idi. Bura tədricən ən kirli görünüşlü
Polşa yəhudiləri ilə dolub-daşmağa başladı. Nəhayət, bizə bələdçini izləmək təklif
olundu. Rusiya sərhəddi boyu təpənin yamacında bir neçə yüz addımlıq xəndək