157
Rixard Vaqner
Mənim həyatım
qazılmışdı. Bu xəndəyi kiçik aralıqlarla düzülmüş kazak qarovullar qoruyurdu.
Yalnız növbə dəyişərkən qarovulların diqqətinin başqa tərəfə yayındığı az saylı
dəqiqələrdən istifadə etmək lazım idi. Biz güllələrin çata bilməyəcəyi məsafəyə
çatana qədər çox tələsərək təpədən qaçıb xəndəkdən keçməli, sonra yenə qaçmalı
idik. Əgər kazaklar bizi görsəydilər atəş açmalı idilər. Minnaya görə güclü təlaşım
Robberin ağıllı davranışını sezməyimə mane olmadı. O, təhlükəni anlayırmış kimi
səs çıxarmadan və bir addım belə geri qalmadan qaçırdı. Bununla da təhlükəli
səfər zamanı maneə olacağı barədə şübhələrimi tamamilə dağıtdı. Nəhayət, biz
sadiq köməkçimizi gördük. O, elə həyəcanlanmışdı ki, bizi dərhal qucaqladı. Biz
ekipajla Prussiyanın sərhəd yerlərindən birindəki mehmanxanaya yola düşdük.
Orada qorxudan və təşvişdən xəstələnmiş dostumuz Meller bizi görəndə yataq-
dan sıçradı və sevinc göz yaşları axıtdı. İndi mənim üçün yalnız özümü yox, həm
də yazıq Minnanı necə təhlükəyə atdığımı və sərhəddən gizli keçidin nə qədər
qorxulu şəraitdə baş verdiyini bilməməyim, necə bağışlanmaz, ağılsız bir işə qoş-
duğumu anlamağın vaxtı idi. Özü də Meller bu məlumatsızlığı aradan götürməyə
çalışmamışdı. Mən ölümcül dərəcədə əldən düşmüş arvadıma peşmanlığımı
bildirməyə söz tapmırdım.
90
Sən demə, yaşadıqlarımız, həyatımda həlledici əhəmiyyət kəsb edən macə-
ralarla dolu səyahətimiz gələcək müsibətlər üçün prelüdiya imiş. Səhəri gün ar-
tıq daha yaxşı əhvalla zəngin Tilzit ovalığı ilə Köniqsberq yaxınlığındakı Arnau
istiqamətində yol aldıq. Səyahətin sonrakı planı belə nəzərdə tutulmuşdu ki,
biz Prussiyanın Pillau limanından bərə ilə Londona yola düşəcəyik. Belə qərar
qəbul etməyimizə əsas səbəb bu üsulla itimizi aparmağın daha asan olması idi.
Köniqsberqdən Parisə poçt arabası ilə səyahət etsək (onda hələ dəmir yolların-
dan xəbərimiz yox idi), iti özümüzlə aparmaq barədə düşünmək belə olmazdı.
Qərarımıza təsir edən ikinci səbəb isə maddi vəziyyətimiz idi. Min bir əziyyətlə
yığılmış bütün kapital nəinki səyahətə, hətta mən müəyyən gəlir yeri tapana qədər
Parisdə yaşamağa da çatmalı idi. Bir neçə gün Arnauda istirahət edib yenə Mel-
lerin müşaiyəti ilə arabadan fərqlənməyən yerli ekipajların birində yola düşdük.
Köniqsberqdən yan keçmək üçün aralıq, bərbad yollarla getməli olurduq. Lakin
liman şəhəri Pillauya səfər də pis hadisələr olmadan ötüşmədi. Yanından keçdiyi-
miz kəndli həyətlərindən birində yöndəmsiz araba aşdı. Minna daxili sarsıntıdan
güclü zərər çəkdi. Hərəkətsiz qalmış qadını güclə yaxınlıqdakı daxmaya sürütləyə
bildim. Burada daxmanın qaraqabaq və kirli sakinləri arasında Minna üçün çox
əzablı bir gecə keçirdik. Belə şəraitdə biz yalnız Pillaudan gedən gəminin bir neçə