Rixard Vaqner
Mənim həyatım
158
gün gecikməsinə sevinə bilərdik. Bu günlər ərzində Minna bir qədər özünə gəlib
istirahət edə bilərdi. Lakin gəmiyə minmək üçün yenə də müəyyən çətinliklərdən
keçməli idik, çünki kapitan bizi pasportsuz götürürdü. Səhər açılmamış gizlincə
qayığa minib sahildən uzaqlaşmalı və liman gözətçilərinin gözünə görünmədən
keçməli olduq. Sonra gəmiyə mindik və Robberi də güclə özümüzlə dartdıq.
Dərhal aşağı məkanlardan birində gizlənməli olduq ki, gəmi tərpənməmişdən
əvvəl ekipajı yoxlayan nəzarətçilərin gözünə dəyməyək. Nəhayət, gəmi hərəkətə
gəldi və sahil tədricən gözdən itməyə başladı. Biz axır ki, sakitləşə biləcəyimizi
düşünüb azad nəfəs aldıq.
Getdiyimiz gəmi ən kiçik ölçülü ticarət gəmisi idi. Onun adı “Fetida” idi və
nimfanın ağacdan təsviri gəminin gövdəsini bəzəyirdi. Ekipaj, kapitan da daxil ol-
maqla yeddi nəfərdən ibarət idi. Nəzərdə tutulurdu ki, yay vaxtı gözlənilən yaxşı
hava olacağı təqdirdə Londona səfərimiz səkkiz günə başa çatacaq. Lakin artıq Bal-
tika dənizindəki aramsız ştil bizi uzun müddətə ləngitdi. Mən bu vaxtdan J. Sandın
La derniere Aldini”
romanını oxuyaraq kasad fransız dili bilgimi artırmaq üçün
istifadə etdim. Diqqətimizi Koske adlı bir susqun, qoca matros xüsusən cəlb etmiş-
di. Belə ki, adətən mehriban olan və təhlükə anında başımıza çoxlu gülməli iş açan
Robberin ona qarşı düşmənçiliyi bizə təəccüblü gəlirdi. Yalnız yeddi gün keçəndən
sonra biz Kopenhagenə çatdıq. Orada gəmidən düşmədən müxtəlif azuqə və içki
alaraq zəif yeməyə görə özümüzü mükafatlandırmaq fürsəti əldə etdik. Əla əhval-
ruhiyyədə gözəl
Helsingur
qəsrinin yanından ötdük. Onun görünüşü “Hamlet”lə
bağlı uşaqlıqdan canımda qalmış təəssüratları yenidən canlandırdı. Biz yeni
ümidlərlə Katteqatdan Skaqeraka yola düşdük. Əvvəlcədən xoşagəlməyən və bizə
manevr etməyə mane olan külək ikinci gün güclü fırtınaya çevrildi. Düz 24 saat biz
tamamilə yad olan yeni iztirabların arasında onunla mübarizə apardıq. Kapitanın
dəhşətli dərəcədə darısqal, nə mənim, nə Minna üçün yataq olmayan kayutuna
sıxışıb özümüzü dəniz xəstəliyinin və onun dəhşətlərinin ağuşuna buraxmışdıq.
Tərslikdən gəmi ekipajının istifadə etdiyi araq çəlləyi mənim uzandığım skam-
yanın altındakı çökəklikdə yerləşirdi. Onu görən kimi üstünə cuman Robberlə
ölüm-dirim savaşına çıxsa da içmək üçün daha çox Koske gəlirdi kayuta. Dəniz
xəstəliyindən haldan düşsəm də, hər dəfə mənim üçün faciəli nəticələnən güc sərf
etməli olurdum. Nəhayət, iyulun 27- sində şiddətli qərb küləyi əsən vaxt kapitan
yaxın norveç limanlarından birinə lövbər salmağa qərar verdi. Mən gəmimizin
sürətlə yaxınlaşdığı dumanlı uzaqlığa gedən qayalı sahili görən kimi yüngüllük
hiss etdim. Bir qədər sonra balaca qayıqla görüşümüzə çıxan norveçli losman
Fetida”nın sükanını təcrübəli əllərinə aldı. Həmin dəqiqələrdə ömrümün ən
heyrətamiz və xoş hisslərindən birini yaşadım. Sahil boyu uzanan davamlı qayalıq
zəncirinə bənzətdiyim şeyin, yaxınlaşanda dənizdən ayrı-ayrılıqda çıxan konus-
vari sıldırımlar olduğu aşkarlandı. Onların yanından keçib hər tərəfdən (qarşıdan,