159
Rixard Vaqner
Mənim həyatım
yanlardan və arxadan) bu sualtı qaya dikləri ilə əhatə olunduğumuzu gördük.
Elə sıxırdılar ki, bitişik sildırımlı dağ silsiləsinə bənzəyirdilər. Qasırğa arxada qa-
lan qayalıqlara çırpılırdı və biz dayanmadan dəyişən sıldırım labirinti arasında
irəlilədikcə dəniz daha da sakitləşirdi. Nəhayət, sonradan norveç fiordu olduğu-
nu öyrəndiyim nəhəng sıldırımlı dəhlizdən keçib uzun boğaza girdik və gəmimiz
sakitcə hamar dənizin üstü ilə üzməyə başladı.
91
Əks-səda iri qranit divarlar arasında lövbər atıb yelkənləri qaldıran ekipajın
səslərini təkrarlayanda məni təsvir edilməyəcək dərəcədə xoş hisslər bürüdü. Bu
səslərin qısa ritmi qulağımda təsəlliverici, gümrahlaşdırıcı nişanə kimi səslənirdi
və birdən bütün bu səslər, planı xəyalımda artıq çoxdan yetişməyə başlamış “Uçan
hollandiyalı”nın matros mahnısının mövzusuna çevrildi. Artıq təzəcə keçirdiyim
hisslərin təsiri ilə bu fikir, dəqiq və poetik musiqili çalar aldı. Burada gəmidən
endik. Öyrəndim ki, bizi qonaqpərvərliklə qəbul edən kiçik balıqçı kəndi
Sand-
wike
adlanır və Arendal şəhərindən bir neçə mil uzaqlıqda yerləşir. Həmin vaxt
səfərdə olan gəmi kapitanının evində yerləşdik və orada iki gün keçirdik. Çün-
ki açıq dənizdə tüğyan edən külək səyahəti hələ də təhlükə altında qoyurdu. Bu
məcburi fasiləni ehtiyacımız olan istirahət üçün istifadə etdik. İyulun 31-də los-
man bir az gözləməyi məsləhət görsə də, kapitanın təkidi ilə yenidən yola düş-
dük. Və yenidən “Fetida”ya oturub ömrümüzdə ilk dəfə omarlardan zövq almağa
başladıq ki, (bu gəmi limanı tərk edəndən bir neçə saat sonra baş verdi) kapitanın
və ekipajın losmana ünvanladıqları qəzəbli qarğışlar bizi yerimizdən sıçramağa
vadar etdi. Sifəti dəhşətdən əyilmiş losman sükanın arxasında dayanıb gəmini
şütüdüyü sudan qəfil çıxan rifdən döndərməyə çalışırdı. Qışqırıqlar və ümumi
təlaş bizi yaman qorxutdu. Əmin idik ki, son dərəcədə təhlükəli bir vəziyyətdəyik.
Həqiqətən gəmi güclü təkan keçirdi. Mənim təxəyyülümdə bu göz qırpımında baş
verən qəza idi. Xoşbəxtlikdən, gəminin yalnız bir kənarı rifə toxunmuşdu və biz
təhlükə altında deyildik. Buna baxmayaraq kapitan gəmini yoxlatmaq üçün lima-
na yanaşmağa qərar verdi. Bu dəfə başqa bir yerdə lövbər saldıq və kapitan bizə
özü və iki matorsla birlikdə qayıqda bir neçə saat uzaqlıqda yerləşən Tromsund
adlı yerə getməyi təklif etdi. Orada gəminin yoxlanması üçün müraciət etməli
idik. Səfərimiz yüksək dərəcədə xoş və təəssüratlarla zəngin keçdi. Təxəyyülümü
sahilə dərin şəkildə girmiş fiordun görüntüsü xüsusən sarsıtmışdı. O, insan ayağı
dəyməmiş vahiməli və nəhəng səhra təsiri bağışlayırdı. Təəssüratım Tromsund-
dan hündür yaylaya kifayət qədər uzun piyada gəzinti zamanı daha da gücləndi.
Bu-hüdudsuz, bitkisiz, müəyyən yerlərdə mamırla örtülmüş, qeyri-müəyyən bu-