Rixard Vaqner
Mənim həyatım
160
lanıq çalarlı alaqaranlıq səma ilə üfüqdə birləşən bataqlıq sahə qara melanxoliya
ilə dolu idi. Gəzintidən gecə yarısı həmin kiçik qayıqla qayıtmağımız arvadımı
dəhşətə gətirdi. Zədənin təhlükəsizliyindən əmin olduqdan sonra avqustun 1-i
səhər lövbərimizi qaldırdıq.
92
Dördgünlük dinc səyahətdən sonra qeyri-adi sürətlə və bizi lazımlı isti-
qamətdə irəli itələyən güclü şimal küləyi əsdi. Səyahətimizin sona yetdiyi-
ni düşünməyə başlamışdıq ki, avqust 6-sı axşamçağı qəfil külək istiqamətini
dəyişdirdi və eyni zamanda inanılmaz şiddətli fırtına başladı. Anbaan ölü-
mü gözlədiyimiz vaxt ayın 7-si, çərşənbə axşamına təsadüf edirdi. Məni dəniz
bədheybətinin ixtiyarına atılmış müdafiəsiz gəmimizi o yan - bu yana çalxalayan
dəhşətli güc yox – gəmi onun qarşısında gah sərt hündür divar kimi dayanır, gah
da sürətlə dibsiz uçurumun dərinliyinə gedirdi – ekipajın davranışı qorxudurdu.
Matroslarmızın ağciyərliyini görüb ölümcül an yaşadığımız hissindən qurtula bil-
mirdim. Onların arasında bizə nifrət və məyusluq dolu nəzərlərlə baxanlar da var
idi. Belə ki, onlar inanclarına görə məhz bizi bu bəlaların və ölüm təhlükəsinin gü-
nahkarları hesab edirdilər. Səfərimizi gizli keçirməyimizin əhəmiyyətsiz səbəbini
bilmədikləri üçün onlar hansısa ciddi, hətta cinayətkar səbəblər ucbatından qaç-
dığımızı düşünə bilərdilər. Hətta həmin anlarda kapitan belə bizi gəmiyə qəbul
etdiyi üçün peşman olmağa hazır idi. Çünki – xüsusilə yayda – bu səfəri ən qısa
müddətə və heç bir çətinlik olmadan başa vururdu. O, məhz bizim bədbəxtlik
gətirdiyimizə inana bilərdi. Fırtınadan başqa güclü şimşək çaxanda Minna dua
etməyə başladı ki, qoy, dənizin dərinliklərinə getməkdənsə, mənimlə birlikdə ildı-
rımvurmadan ölsün. O, xahiş etdi ki, batanda ayrılmamaq üçün onu özümə bərk-
bərk sıxım. Bütün gecəni bu cür fasiləsiz qorxu içində keçirdik. Bu qorxu yalnız
arada ifadəolunmaz yorğunluğun təsiri ilə zəifləyirdi. Səhəri gün fırtına sakitləşdi,
murdar külək qalsa da, bir elə güclü deyildi. Kapitan kompas sayəsində harada
olduğumuzu təyin etməyə çalışırdı. O, bir neçə gün ərzində səmanın üzünü ört-
müş buludlardan şikayətlənir və deyirdi ki, bir kiçik günəş şuası, hətta ulduz işığı
üçün çox şeyini verərdi. Kapitan harada olduğumuzu təyin edə bilməməyin na-
rahatlığını gizlətmirdi. Təsəlli üçün qeyd edirdi ki, bir neçə dəniz mili məsafədə
bizdən aralıda izlədiyi və müşahidə borusundan hər hərəkətini böyük diqqətlə
nəzərdən keçirdiyi bir istiqamətə gəmilər də var. Onun dediyinə görə, qarşımız-
da hərəkət edən gəmi axına düşərək düz dayazlığa tərəf hərəkət edir və yəqin
ki, sayadan qurtula bilməyəcək. Deməli, biz holland sahillərinin bu cür dayaz-
lıqlarla dolu ən təhlükəli hissəsində idik. Yelkənlərin süni idarəetməsi sayəsində