161
Rixard Vaqner
Mənim həyatım
gəmini əks istiqamətə yönəltmək mümkün oldu. Biz həqiqətən avqusun 9-u ax-
şam Soutvuld yaxınlığında görünən ingilis sahilinə tərəf üzməyə başladıq. Qa-
yıqlarda görüşümüzə çıxmış losman ordusunu görəndə ürəyimə dolan ilıqlıq
məni gümrahlaşdırdı. Onlar ingilis sahillərində azad rəqabət aparırlar və hətta
təhlükəli vəziyyətlərdə belə sahildən çox uzaqlaşırlar. Onlardan biri – ağsaçlı, güc-
lü matros – yüngül qayığını təkrar-təkrar gəmimizdən geri atan dalğalarla uzun
mübarizədən sonra bizə çata bildi. Əllərini kəndirlə kəsənə qədər çalışıb nəhayət
ki, kəndiri tutdu, sınaqlardan çıxmış zavallı “Fetida”nın göyərtəsinə qalxa bildi.
Lakin himayədar-nimfanın taxta təsviri hələ ilk fırtınada Katteqatda sökülmüşdü
və ekipaj bunun pis əlamət olduğunu hiss etmişdi. Sükanın özündənəmin, sakit
və bizə müsbət təsir edən ingilis dənizçisinin əlində olmasını dərk etməyimiz və
dəhşətli fəlakətlərdən tezliklə qurtulacağımızdan əminlik ürəklərimizi təntənəli-
dini hisslərlə doldurdu. Lakin təlaşımız belə tez bitməyəcəkdi. Çünki artıq ingilis
sahillərinə səpələnmiş saysız təhlükə saçan sayalar arasında manevrlər başlamışdı.
Dənizçilər demişdilər ki, burada ildə orta hesabla 400 gəmi məhv olur. Düz iyirmi
dörd saat, 10 avqust axşamından 11 avqust axşamına qədər şiddətlə əsən qərb
küləyinin gücünə tap gətirməli olduq. Külək hərəkətimizə o qədər mane olurdu
ki, Temzanın mənsəbinə yalnız 12 avqust gecəsi girə bildik. Lakin su üzərində
əsasən kiçik, al qırmızı rəngə boyanmış gəmilərin üzməsi və duman üzündən çox-
saylı, ən müxtəlif siqnallar və fasiləsiz fit verməsi, onsuz da qorxmuş Minnaya elə
təsir edirdi ki, o, həmin saatlar ərzində gözünü yummadan siqnallara qulaq asır,
ekipajın da diqqətini onlara yönəldirdi. Mənə isə bu siqnallar əksinə, insanların
xilaskar yaxınlıqlarının işarələri kimi elə sakitləşdirici təsir göstərirdi ki, Minnanın
çılğın qınaqlarına fikir vermədən uzun və gümrahlaşdırıcı yuxuya getdim. Temza-
nın mənsəbində səhəri gözləmək üçün lövbər saldıq. Minna və ekipajın yorulmuş
üzvləri dərin yuxuya gedərək istirahət edən vaxt məni qeyri-adi gümrahlıq, hətta
demək olar ki, şıltaq əhval bürüdü. Geyimimi səliqəyə saldım, təzə alt paltarı çı-
xardım və açıq göyərtədə dor ağacının yanında üzümü qırxa-qırxa get-gedə artan
maraqla məşhur çaydakı canlanmanı izləməyə başladım. Səhərin açılması ilə asta-
asta üzü yuxarı axınla üzməyə başladıq. Lakin bizim üçün iyrənc bir həbsxanaya
çevrilmiş “Fetida”nı tərk etmək istəyi o qədər böyük idi ki, Londona tez çatmaq
üçün Qravezend yaxınlığında yanımızdan ötən gəmiyə mindik. Şəhərə yaxınlaş-
mağımıza görə qarşımızda açılan mənzərədən doğan təəccübümüz tədricən artır-
dı. Uzandıqca mümkün bütün növ gəmilərlə səpələnmiş çay, sonsuz sayda evlər
və küçələr, doklar və digər dəniz tikililəriylə dolu sahilləri ilə birlikdə qeyri-adi
əzəmətli görünüşə malik idi şəhər. Biz London körpüsünə çatdıq və bu misilsiz
dünya şəhərinin hərəkətinin düz mərkəzinə düşdük. Üçhəftəlik dəhşətli dəniz
səyahətindən sonra sahilə ayaq basanda gəminin yellənməsinə öyrəşmiş ayaqla-
rımız quruda da hələ sərt torpağı hiss etmirdilər. Biz heç nə ilə müqayisə olunma-