Rixard Vaqner
Mənim həyatım
162
yan səs-küy, hərəkət və təlaşla əhatə olunmuşduq və görünür, Robberə də sirayət
etmiş xoş məstlik halındakı kimi yırğalana-yırğalana hərəkət edirdik. İt dəli kimi
küçələrdə şığıyır, bütün künclərə burulur, gözdən itib bizi qorxudurdu. Nəhayət,
hər üçümüz bizi kapitanın göstərişlərinə əsasən Tauer yaxınlığındakı
Horseshoe
Tavern”
adlı matros yeməkxanasına aparan faytonda xilaskar sığınacaq tapdıq.
Orada sonrakı hərəskətlərimizin bu nəhəng şəhərin öhdəsindən gəlməyə kömək
edəcək planını qurmalı idik.
93
Lakin düşdüyümüz şərait bizi oranı bir dəqiqə belə gözləmədən tərk
eləməyə məcbur elədi. Qozbel balaca hamburqlu yəhudi bizə mehriban münasibət
göstərərək Vest-enddəki ən yaxşı sığınacağı tövsiyə etdi. Ora gedən birsaatlıq
yol yadımda çox yaxşı qalıb. Bu yolu o vaxt hələ də istifadə olunan iki üzbəüz
oturacaqlı keblərdən birində qət etdik. Böyük itimiz eninə uzanıb pəncərələrdən
ön və arxa pəncələrini çıxarmışdı. Bu bir saat ərzinə qəribə kebin pəncərəsindən
gördüklərimiz böyük şəhərin hərəkəti və nəhəngliyi haqqında cürətli təsəv-
vürlərimizi belə aşdı. Son dərəcə yüksək əhval-ruhiyə ilə bizə tövsiyə olunan
Old
Comptonstreet
dəki
boarding-house
un qarşısında dayandıq. On iki yaşlı oğlan olan-
da ingilis dilini öyrənərkən qısa müddətdə elə mərhələyə çatmışdım ki, Şekspi-
rin “Romeo və Cülyetta”sındakı monoloqu tərcümə - ən azından o vaxt mənə
belə gəlirdi– edə bilmişdim. Lakin bu dərslərin bəhrələri
Kingsarms
adlanan evin
sahibəsinə vəziyyətimizi izah edərkən tamamilə yararsız oldu. Gəmi kapitanının
dul arvadı olan sahibə onunla ingiliscə danışmaq cəhdlərimin tamamilə uğursuz
olduğunu görüb fransız sözləri işlətməyə başladı. Ancaq onun bu istiqamətdə
cəhdləri mənə hansımızın bu dil haqqında daha az təsəvvürü olması barədə
düşünməyə əsas verdi. Əsl narahatlığı Robberin bizi evə qədər izləməyib itdiyini
görəndə keçirdik. Bu qonaqpərvər evdə keçirdiyimiz ilk iki saat çox ağıllı itimizin
itməsi ilə bağlı qayğı və məyusluqla zəhərlənmişdi. Sanki bu qədər narahatlıq-
lar və çətinliklərlə dolu yolu onu burada itirmək üçün qət etmişdik. Pəncərədən
aralanmadan və gah bu, gah o tərəfə baxarkən Robberin döngədən çıxıb ən sakit
şəkildə düz bizim evə yaxınlaşdığını görəndə sevincimizin həddi-hüdudu yox idi.
Sonradan öyrəndik ki, itimizin buralarla tanış olmaq həvəsi onu Oksford küçəsinə
qədər aparıbmış. Heç vaxt gəlmədiyi evə heyrətamiz qayıdışı yaddaşımda hey-
vani instinktin sədaqətinin qeyr-adi sübutu kimi qalmışdı. Yalnız bundan sonra
dəniz səyahətinin bütün ağırlığını hiss etdik. Torpaq dayanmadan ayaqlarımızın
altında yellənirdi, hər addımda gülməli şəkildə müvazinətimizi itirirdik. Bunla-
rın hamısı bizə məzəli gəlirdi. Lakin bu qədər əzablardan sonra haqq etdiyimiz