163
Rixard Vaqner
Mənim həyatım
dincliyə qovuşmaq üçün uzandığımız ikinəfərlik böyük ingilis çarpayısı dayan-
madan yuxarı, aşağı yellənməyə, gözlərimiz yorğunluqdan yumulan kimi bizimlə
birlikdə uçuruma düşməyə başlayanda və biz köməyə çağıraraq yerimizdən sıç-
rayanda özümüzü dəhşətli dərəcədə piss hiss etdik. Bu əziyyətlərə iyrənc gəmi
yeməklərindən sonra acgözlüklə cumduğumuz çox dadlı yeməklərin səbəb oldu-
ğu əzablı ürəkbulanması da əlavə olundu.
Bu iztirablar bizi gücdən saldığı üçün ən əsas şeyi, yəni, maddi vəziyyətimizi
tamam unutmuşduq. Böyük şəhərin möcüzələrinin təsiri altında səhəri gün Minna
ilə bu səyahəti sırf əyləncə məqsədilə həyata keçirirmiş kimi əvvəlcədən xəritədə
cızdığım plana əsasən faytonla Londonu gəzməyə yollandıq. Yolumuza çıxan hər
şey təəccübümüzə və sevincimizə səbəb olur, məruz qaldığımız çətinlikləri unut-
mağa kömək edirdi. Cibimizə pis təsir edən səkkizgünlük London sərgüzəştinə
bir tərəfdən Minna üçün istirahətin vacibliyi ilə, digər tərəfdən artistlərin dünyası
ilə əlaqə yaratmaq imkanı verdiyi üçün haqq qazandırırdım. Hələ Köniqsberdə
yazdığım “Rule Britania” uvertürasını Drezdenə son gəlişimdə Londona, London
Filarmoniya Cəmiyyətinin sədri ser Con Smarta göndərmişdim. Düzdür, o mənə
heç nə cavab verməmişdi, lakin özümü ondan izahat almağa borclu hiss edir-
dim. Onunla lazımlı söhbətlər üçün dil bilgilərimi necə istifadə edəcəyim barədə
düşünəndən və onun yaşadığı yeri öyrənmək üçün bir neçə gün sərf edəndən son-
ra nəhayət, məlum oldu ki, sən demə, o heç Londonda deyilmiş. Sonra ağlıma belə
bir fikir gəldi ki, Bulveri ziyarət edib onun drama çevirdiyim “Riensi” romanının
musiqi tərtibatı haqqında danışım. Bir vaxtlar materikdə olarkən öyrənmişdim ki,
Bulver parlamentin üzvüdür və buna görə onun haqqında məlumatları birbaşa
palatanın binasından toplamağa başladım. Bu zaman ingilis dilini bilməməyim
mənim xeyrimə oldu və tamamilə gözlənilməz xoş münasibətlə qarşılandım.
Nəhəng binada qarşıma çıxan məmurların heç biri nə istədiyimi və kimi axtardı-
ğımı başa düşə bilmədiyi üçün Minna ilə məni – Robber evdə qalmışdı – sıra ilə
get-gedə daha yüksək vəzifəli şəxslərin yanına yönləndirirdilər. Deyəsən, böyük
zaldan çıxan aristokrat görünüşlü cənaba heç cür anlaşılmayan adam kimi təqdim
olunmuşdum. O, nəzakətlə fransız dilində nə istədiyimi soruşdu və görünür, bu
suala cavab olaraq dediyim Bulverin adı ona elə də yaxşı təsir bağışlamadı. Cənab
mənə izah etdi ki, iclaslara yalnız keçid biletləri olan azsaylı imtiyazlı şəxslər bu-
raxılır. Belə ki, bu yaxınlarda keçmiş parlament binasında baş verən yanğından
sonra iclasın keçirildiyi məkan çox dardır. Nəhayət, israrlı xahişlərimdən sonra
yuxarı palatanın iclas zalından çıxdığına əsaslanaraq lord olduğunu ehtimal etdi-
yim himayədarım qapını açdı və bizi İngiltərənin perləri iclas keçirən zalın tama-
şaçılar üçün ayrılmış hissəsinə buraxdı. Bu mənim üçün son dərəcə maraqlı idi.
Mən o vaxtki baş nazir, Melburn lordu Brouqamı və mənə elə gəlir ki, bir neçə dəfə
Melburna müəyyən məsləhətlər və göstərişlər verən mütəhərrik hersoq Vellinq-