Rixard Vaqner
Mənim həyatım
164
tonu görür və eşidirdim. Vellinqton öz boz tüklü papağı, şalvarının cibinə saldığı
əlləri, ən çox da hər dəfə sadə və tamamilə danışıq dilində olan nitqi zamanı səsini
yüksəldəndə, tərpənən qarnı ilə mənə hər hansı artıq ehtiramı istisna edən ən
yaxşı təəssüratları bağışlamışdı. Bundan başqa, məni Brouqamın əsas rəqibi lord
Lindqerst maraqlandırırdı. Mənə elə gəlmişdi ki, o lordun nitqi zamanı yanına otu-
rub ən sakit şəkildə müəyyən məsləhətlər verir və bu təəccübümə səbəb olmuşdu.
Sonradan qəzetlərdən öyrəndim ki, Portuqaliya hökumətinə qarşı yönəlmiş və qul
ticarətinə qarşı bill keçirmək üçün tədbirlər barədə müzakirələr gedirmiş. Eşitmək
fürsəti qazandığım London yepiskopu iştirakçılar arasında öz danışıq tərzi və dav-
ranışları ilə məndə xoşagəlməz təəssürat qoyan yeganə adam idi. Bəlkə də bunun
səbəbi ümumiyyətlə, din adamlarına olan qərəzli münasibətim idi.
Bu xoşbəxt hadisədən sonra Londona olan marağım bir müddətlik
tükənmişdi. Düzdür, aşağı palatanın iclasına düşə bilməsəm də, lordlar palatasın-
dan çıxanda təsadüfən yenidən qarşılaşdığım yorulmayan nəzakətli himayədarım
məni ora apardı. O, yol boyu az-çox maraqlı şeyləri izah edirdi. Hətta çıxışçının
yun torbası”nı və stolun altında gizlətdiyi gürzü də göstərdi. Mənə verdiyi iza-
hatlar o qədər dəqiq və təfərrüatlı idi ki, Britaniya krallığının nisbətən diqqətəlayiq
məqamlarına olan marağımı tam təmin etmişdi. İtalyan operasını ziyarət etmək
barədə heç düşünmürdüm. Bəlkə də bunun səbəbi biletlərin bahalığı barədə
təsəvvürlərimin ən qorxulu həddiylə bağlıydı. Minna ilə şəhərin əsas küçələrinə
baxıb heydən düşənə qədər veyillənmiş, gözümüzdə əsl kabus kimi görünən Lon-
don bazar gününün dəhşətli təəssüratlarından sarsılmışdıq. Sonra da “Fetida”nın
kapitanı ilə ömrümüzdə ilk dəfə buxarlı gəmiyə minərək Qravezend parkına ge-
dib avqustun 20-də gəmi ilə Fransaya yola düşmüşdük. Axşam isə
Boulogne sur
mer
də düşüb dənizlə bir də görüşməmək arzusu ilə vidalaşdıq.
94
Parisdə gözlədiyimiz məyusluqların öncədən hissiyatı və onlar qarşısında
bir-birimizdən böyük səylə gizlətdiyimiz qorxu, bizi digər səbəblərlə birlikdə
bir neçə həftəlik Bulonda və ya onun yaxınlığında yerləşmək qərarı verməyə va-
dar etdi. Onsuz da təşəbbüsümün uğuru üçün ziyarət etməli olduğum adamları
Parisdə görə bilməyim hələ tez idi. Digər tərəfdən, öyrənmişdim ki, Meyerber indi
Bulondadar. Həm də “Riensi”nin ikinci pərdəsinin bir hissəsini orkestr üçün uy-
ğunlaşdırmaq lazım idi. Bahalığı ilə məşhur Parisə gələn kimi əsərimin heç olma-
sa yarısını tamamlanmış vəziyyətdə təqdim edə bilməli idim. Bulon yaxınlığında
yaşamaq isə ucuz başa gəlirdi. Düz Parisə aparan böyük yolun üstündə
marchand
de vin
inin açıq ərazidə yerləşən kənd tipli evində demək olar ki, iki boş otaq tap-