165
Rixard Vaqner
Mənim həyatım
dıq. Biz onları qısa müddətliyinə kirayələdik və xüsusilə, Minnanın malik olduğu
böyük ixtiraçılıq qabiliyyətini işə salaraq özümüzə yetəcək qədər, sadə mebellərlə
döşədik. Yataqdan və iki stuldan başqa stol da əldə etdik. Onun üzərindən
Riensi”ylə bağlı işimin izlərini silərək süfrə açır və öz əlimizlə kamində hazırla-
dığımız yeməkləri yeyirdik.
Buradan Meyeberi ziyarətə yollandım. Mən onun dillərə düşən nəzakəti və
qulluğa hazırlığı barədə tez-tez oxuyurdum. İlk məktubuma cavab verməməsi isə
məni heç narahat etmirdi. Onun bu hərəkətini həvəslə bağışlayırdım. Həqiqətən
ümidlərim puça çıxmadı. Meyerber məni həddindən artıq nəzakətlə qarşıladı. O,
mənə hər cəhətdən yaxşı təəssürat bağışladı. Onun qocalmağa doğru gedən digər
yəhudi fizionomiyalarından fərqli olaraq canlılığını və enerjisini itirməmiş, gözəl
vurğulanmış alnı və göz dəliklərindən böyük cəlbedicilik almış sifət ifadəsi bur-
da əhəmiyyətli rol oynamışdı. Mənim Parisdə özümə dramatik bəstəkar kimi yol
açmaq niyyətimə o, rəğbətlə yanaşdı və bunu ümidsiz bir şey hesab etmədi. O,
Riensi”nin mətnini oxumağa icazə verdi, üçüncü pərdənin sonuna qədər dinlədi
və operanın iki hazır pərdəsinin nəzərdən keçirmək üçün götürdü. Növbəti
ziyarətimdə o, işimə isti rəğbətini nümayiş etdirdi. Eyni zamanda təriflərində hey-
ranlığına səbəb olan nəfis xəttə görə “saksoniyalı”nı tanıdığını tez-tez söyəlməsi
məni heyrətləndirirdi. O, Böyük operanın rəhbəri Dyuponşelə və baş dirijor
Qabenekə tövsiyə məktubları yazacağına söz verdi. Mən düşünməyə başladım ki,
tale məni inanılmaz çətinliklərdən keçirərək məhz Fransanın bu guşəsinə gətirib
çıxardığı üçün şükür etməliyəm. Başqa hansı şərtlərdə belə qısa müddət ərzində
daha yaxşı nəticələr əldə edə bilərdim, harada indi fransız bəstəkarının tez bir za-
manda qazandığım rəğbəti sayəsində payıma düşən qədər xeyir əldə edə bilərdim?
Meyerber məni həmin vaxt Bulonda qonaq olan Moşelesin və şaiyələrdən tanıdı-
ğım məşhur virtuoz, xanım Blaqedkin yanına apardı. Hər ikisinin intim musiqi
axşamlarında iştirak etmişdim və beləliklə, ilk dəfə o vaxta qədər mənə tamamilə
yad olan məşhur musiqiçilər mühiti ilə əlaqələrim yarandı.
95
Gələcək yeznəm Avenariusa məktub yazaraq Parisdə bizə uyğun ev tapma-
ğını xahiş elədik və 16 sentyabrda dilijansla yola çıxdıq. Səfər zamanı imperialda
yerləşdirdiyimiz Robber bizə ənənəvi başağrısı yaradırdı. Əsəb gərginliyi halında
çoxdan arzuladığımız Parisə yaxınlaşıb şəhərə ilk girdiyimiz dəqiqədə məyusluq
hiss etdim. Paris məndə Londonun qoyduğu əzəmətli təəssüratı bağışlamadı.
Nəhəng omnibusumuzdan düşüb ayağımı
darnrue de la Jussienne
küçəsində Pa-
ris torpağına qoyanda məni ifadəolunmaz dilxorluq bürüdü. Yeznəmin kitab ma-