Rixard Vaqner
Mənim həyatım
166
ğazası yerləşən
rue Richelieu
küçəsi də məndə London Vest-endinin küçələri ilə
müqayisədə dərin təəssürat yaratmadı. Buradan yeznəmin göstərdiyi ünvana –
St. Honore
ilə
Marche des İnnocents
küçələrini birləşdirən dalanların birində,
rue de
la Tonnelleriedə
yerləşən və bizim üçün tutulmuş mebelli otağa yola düşməli olan-
da isə özümü lap alçaldılmış hiss etdim. Yalnız yaşamalı olduğumuz evin divarın-
da Molyer büstünün altında oxuduğum yazı mənə bir qədər təsəlli verirdi:
maison
ou naquit Moliere
.
Molyer bu evdə doğulmuşdu. Bunu yaxşılığa əlamət kimi qəbul
etdim və ilk xoşagəlməz təəssüratları unutdum. Bizim üçün dördüncü mərtəbədə
tutulmuş ucuz otaq kiçik olsa da, kifayət qədər rahat və yaxşı mebellə təmin olun-
muşdu. Otağın pəncərələrindən artan narahatlıqla küçələrdəki inanılmaz bazar
təlaşını müşahidə edir, karıxmış halda yaxınlığımdakı belə mühitdə nə axtaraca-
ğımı sorğu-sual edirdim.
Tezliklə kiçik bacım Sesiliya ilə evlənib onu Parisə gətirmək üçün Leypsiqə
yola düşməli olan Avenarius məni yeganə musiqiçi tanışı
Bibliotheque Roya-
le
də musiqi şöbəsində çalışan almaniyalı E.Q. Anderslə tanış etdi. Anders qısa
müddətdə bizi Molyerin doğulduğu evdə ziyarət etdi. Onun simasında nadir in-
sanlardan biri ilə qarşılaşdım və mənim üçün faydasız olsa da, ömrümün sonuna
qədər ürəyimdə yaşayacaq bir adamla. Yaşı qırxdan çox olsa da hələ də subay idi.
Tezliklə mənə danışdı ki, əvvəlki həyatından çoxlu kədərli təcrübə qazanıb və var-
dövlətini itirdikdən sonra heç yerdən dəstəyi olmadan Parisdə yaşamaq üçün yol-
lar axtarmalı olub. Bu zaman əvvəllər yalnız həvəskar kimi yararlandığı qeyri-adi
biblioqrafik bilikləri onun köməyinə çatıb. O, əsl adını mənə bildirmədi və dedi ki,
bu yalnız onun ölümündən sonra bütün həyat hekayəsi ilə birlikdə aşkarlanacaq.
Hələlik isə adının əslində başqa olduğunu, Reyndə mülkə sahib zadəgan ailəsinə
mənsub olduğunu, alçaq satqınlığın qurbanı olduğunu və təmizürəkliyi, insanla-
ra asan inanmağı ucbatından bütün var-dövlətini itirdiyini bilirdim. Onun xilas
edə bildiyi yeganə şey sadə Paris mənzilinin divarlarını bəzəyən böyük kitabxa-
nası idi. Hətta burada - görünür, yaxşı tövsiyələrlə gəldiyi Parisdə də bədxahların
əlindən əziyyət çəkməli olmuşdu. Çünki böyük biliklərinə baxmayaraq kitabxa-
nadakı uzunmüddətli xidməti ərzində digər işçilərdən fərqli olaraq
employe
adla-
nan ən aşağı vəzifədən yuxarı qalxa bilməmişdi. Ona söz verilən yüksək vəzifələri
xalis nadanlar əldə etmişdilər. Sonradan anladım ki, bunun bir səbəbi də əvvəlki
həyat şərtləri ilə ərköyünləşmiş, indi isə enerjili fəaliyyət göstərə bilməyən adamın
acizliyi və bir qədər dözümsüz olması ilə əlaqədar idi. O, 1500 frank məbləğində
cüzi maaş alaraq qayğı və məhrumiyyətlərlə dolu ağır həyat yaşayırdı. Gələcək isə
tənha qocalıq və xəstəxanaların birində ölüm demək idi. Bu halda bizimlə - maddi
ehtiyac içində olsaq da ümidlə dolu və gələcəyə cəsarət və ürəklə baxan adamlarla
tanışlıq onu dirçəltdi. Mənim zirəkliyim və sarsılmaz enerjim onu uğur qazana-
cağıma ümidlərlə doldururdu. O, həmişə mənim uğurlarıma hərarətli və səmimi