167
Rixard Vaqner
Mənim həyatım
maraq bəsləyirdi. Moris Şlezingerin nəşr etdiyi
Gazette musicale”
nin əməkdaşı
olan dostum redaksiyada özünə heç bir mövqe qazana bilməmişdi. Çünki onun
publisistik istedadı yox idi və yalnız biblioqrafik qeydlərin tərtib olunması üzrə
tapşırıqlar alırdı. Bax, bu aciz və həyatı tanımayan insanla Parisin musiqi aləmində
mövqe fəth etmək, məşhurluq barədə planlarımı müzakirə etməli olurdum. Bu
müzakirələrin sonu hər şeyi yaxşılığa doğru dəyişəcək, gözlənilməz bir hadisəyə
ümidlə dolu qarşılıqlı həvəsləndirmələrə gedib çıxırdı.
96
O, söhbətlərimizə dostu və otaq yoldaşı filoloq Lersi də dəvət etdi. Tezliklə
onunla aramızda ömürümün ən gözəl əlaqələrindən biri olan sıx dostluq yarandı.
Məşhur köniqsberqli alimin kiçik qardaşı olan Lers bir neçə il əvvəl filoloji işləri
ilə müstəqilliyə nail olmaq üçün Köniqsberqdən Parisə köçmüşdü. O, hətta pis
maddi şərtlərdə belə bunu Almaniyada alim üçün yeganə mövcudluq mənbəyi
olan pedaqoji fəaliyyətdən üstün tuturdu. Tezliklə kitab satıcısı Dido ona yunan
klassiklərinin böyük nəşri üçün əməkdaşlıq təklif etmişdi. Özü də kitab satıcısı
gənc alimin yoxsulluğundan istifadə edib əməkdaşının vəziyyətindən daha çox öz
təşəbbüsünün uğuru barədə düşünürdü. Amma Lers daima ehtiyacla mübarizə
aparmalı olsa da, həmişə gümrah əhval-ruhiyyəsini qoruya bilir, istənilən hal-
da nadir təmənnasızlıq, özünü digərlərinə qurban vermək bacarığı nümayiş et-
dirirdi. Musiqi haqqında hər hansı bir məlumata sahib olmamaqla yanaşı, həm
də maraq duymadan o, ilk vaxtlar məni ancaq məsləhətə ehtiyacı olan biri kimi
görürdü. Sonra biz Paris həyatının müsibətləri məngənəsində həm də bədbəxtlik
yoldaşı da olduq. Tezliklə elə yaxınlaşdıq ki, o hər axşam Anderslə birlikdə yanı-
ma gəlməyə başladı. Belə bir yol yoldaşı Andersin ürəyincə idi. Çünki o, həmişə
əl ağacı və çətirlə gəzməli olurdu, axşamlar isə xüsusilə, Parisin gur küçələrində
özünü köməksiz hiss edirdi. O, həvəslə Lersə mənzilimizin kandarından birinci
addım atmağa izn verirdi ki, fövqəladə qorxu hiss etdiyi Robberi aradan çıxarsın.
Sonda bu qorxu adətən mehriban olan heyvanda həqiqətən ona qarşı qıcıq yaratdı.
Robber Andersə də “Fetida”dakı matros Koskeyə göstərdiyi aqressiv antipatiyanı
göstərməyə başladı. Anders və Lers
rue de Seine-də hotel garni
də yaşayırdılar və
bütün gəlirlərinə əl qoyan, onları tamamilə asılı vəziyyətə salan sahibələrindən
şikayətlənirdilər.
Anders bu cür quldarlıqdan xilas olmaq üçün artıq bir neçə il idi ki, mənzilini
dəyişmək istəyirdi, lakin heç cür niyyətini yerinə yetirməyə ürək eləmirdi. Tezliklə
əsl vəziyyətimiz barədə aramızda sirr qalmadı: biz məsafələrlə ayrılmış lakin
bənzər iztirablarla birləşən ümumi həyat yaşayırdıq.