Rixard Vaqner
Mənim həyatım
168
Hər şeydən əvvəl, söhbətlərimizin mövzusu Parisdə məşhurlaşmaq üçün işə
salmalı olduğum müxtəlif vasitələr idi. Meyerberdən tezliklə söz verdiyi tövsiyə
məktublarını aldım və bu ümidlərimizi əhəmiyyətli dərəcədə canladırdı. Opera-
nın direktoru Düponşel məni öz kabinetində qəbul etdi. O, sağ gözünə eynək taxıb
Meyerberin məktubunu oxuyarkən məktubun ona hər hansı bir təsir göstərdiyini
heç bir hərəkəti ilə biruzə vermədi. Çox güman o, Meyerberdən dəfələrlə bu cür
məktublar almışdı. Onun yanından gedəndən sonra bir də bu adam barədə heç nə
eşitmədim. Orkestrin şefi Qabenek isə məni müəyyən qədər həqiqi maraqla qarşı-
ladı. Xahişimə cavab olaraq o, konservatoriya konsertlərinin məşqlərinin birində
orkestrə ifa üçün əsərlərimdən birini verməyə hazır olduğunu bildirdi. Təəssüf ki,
müstəqil orkestr kompozisiyalarından ehtiyatımda “Kolumb”un qeyri-adi uver-
türasından başqa heç nə yox idi. Onu hələ də qələmimdən çıxan ən yaxşı əsər
hesab edirdim. Çünki Prussiya hərbi şeypurçularının cəsur iştirakı nəticəsində o,
bir vaxtlar mənə Maqdeburq tamaşaçılarının alqışlarını qazandırmışdı. Partitura-
nı və orkestr partiyalarını Qabenekə verəndən sonra ev “komitə”mizin axşamkı
iclasında ilk addımlarımın nəticələri barədə məlumat verə bilərdim. Artıq Skriblə
şəxsən əlaqə qurmaq istəyirdim ki, məktublarla başlayan tanışlığımızı davam
etdirək. Lakin dostlarım məni bunun faydasızlığına inandırdılar. Məndən daha
çox təcrübəyə sahib olduqları üçün sübut edirdilər ki, Skrib kimi məşhur müəllifin
mənim kimi tanınmamış musiqiçiyə ciddi diqqət ayırmağını düşünməyə belə
dəyməzdi. Onun əvəzinə Anders məni yaxşı tanıdığı Dümersan adlı biri ilə tanış
etdi. Onu artıq gənc adlandırmaq olmazdı. Kiçik səhnələr üçün yüzlərlə pyesin
müəllifi olan Dümerans ölməmişdən əvvəl kompozisiyalarından birini böyük li-
rik teatrlardan birinin səhnəsində görməyi arzulayırdı. O, həvəslə artıq hazır olan
opera mətnini fransız dilinə çevirməyə razılaşdı. Ona görə biz əvvəlcə yanğın-
dan sonra bərpa edilmiş
salle Ventadour
da yerləşən
Theatre de la Renaissance
adlı
lirik teatr üçün “Sevgi qadağası”nın mətninin üzərində işləməyi təklif etdik. Dü-
mersan ifasına müəyyən qədər ümid bəslədiyim operanın üç nömrəsini kifayət
qədər yaxşı fransız dilli şeirə çevirdi. Bundan başqa o, mənə karnaval vaxtı
Varie-
tes
teatrında səhnələşdirməyə hazırlaşdığı “
la Descente de la Courtille”
adlı vodevil
üçün xor yazmağı da təklif etdi. Bu artıq yeni perspektivlər açırdı. Lakin dostla-
rım əvvəlcə tez-tez konsertlərdə çıxış edən məşhur ifaçılara təklif edə biləcəyim
bir neçə kiçik əsər yazmağı məsləhət gördülər. Lers və Anders bu kompozisiyalar
üçün mətn tapdılar. Anders dostlarından biri olan gənc şairin
Dors mon enfant”
adlı çox məsum bir şeirini gətirdi. Bu mənim fransız sözlərinə yazdığım ilk musi-
qi idi. Əsər o qədər yaxşı alınmışdı ki, axşam onu sakitcə royalda ifa edəndə “bu
musiqi altında əla yatmaq olar” deyə arvadım yataqdan qışqırmışdı da. Bundan
başqa, Hüqonun
Orientales”
indən
l’Attente
ə musiqi bəstələdim və Ronsarın
Mignonne”
sinin sözlərinə romans yazdım. Mənə utanc gətirməyən kiçik işlərim