169
Rixard Vaqner
Mənim həyatım
sonradan çap olunmuşdu. 1841-ci ildə onlar, o vaxt Levaldın çap etdiyi
Europa”
ya
musiqili əlavə olaraq nəşr edilmişdi. Sonra Lablaşın Bellininin “Norma”sındakı
Orovist rolu üçün xorla birlikdə bas üçün böyük əlavə ariya yazmaq fikri ağlı-
ma gəldi. Lers müvafiq mətni almaq üçün siyasi mühacir-italiyalı tapmalı idi. O,
bunu bacardı və mən Bellininin üslubunda effektli bir şey yazdım. Bu əsər hələ də
əlyazmalarımın içində qalıb. Məhz bu əsəri götürüb birbaşa Lablaşın yanına get-
mişdim. Məni məşhur ifaçının evinin kandarında qarşılayan nəzakətli mavr dərhal
izahatsız-filansız cənabınnın yanına ötürmək istəmişdi. Bu cür məşhur adamın
qəbuluna düşməyin asan olmayacağını ehtimal edərək əvvəlcədən imtinaya ha-
zırlaşmışdım. Xahişimi məktub halına salmışdım. Düşünürdüm ki, yazılı şəkildə
fikirlərimi daha yaxşı izah edə bilirəm. Qaradərili xidmətçinin xoşrəftarı bu ba-
xımdan məni çox utandırdı. Əlyazmamı onun əlinə sıxışdırıb Lablaşa ötürməyini
xahiş etdim və onun təəccübünə, özümün gəlib cənabı ilə danışmaq haqqında
çoxsaylı dəvətlərinə baxmayaraq tələsik getdim. Bir neçə gün sonra cavab üçün
qayıdanda Lablaş məni çox nəzakətlə qəbul etdi və dedi ki, ariya çox yaxşı yazılıb.
Lakin onu Bellininin dəfələrlə səhnələşdirilmiş əsərinə sonradan əlavə etməyin
qeyri-mümkünlüyünü bildirdi. Beləliklə, Bellininin üslubuna qayıtmaq günahım
tamamilə faydasız oldu və cəhdimin bəhrə vermədiyi mənim üçün dərhal aydın-
laşdı. Bircə şey məlum oldu: əsərlərimin ifasına nail olmaq istəyirəmsə, ifaçılara
şəxsi tövsiyələrlə müraciət etmək lazımdır.
97
Buna görə Meyerberin Parisə gəlişi heç olmadığı kimi yerinə düşmüşdü.
Yazdığı tövsiyə məktublarının əhəmiyyətsiz uğuru onu heç təəccübləndirmirdi.
Əksinə o, mənim diqqətimi Parisdə nəinki musiqi, istənilən sahədə nəyəsə nail
olmağın fövqəladə çətinliyinə yönəltməyin faydalı olduğunu hesab etdi və özümə
gəlir mənbəyi tapmağı məsləhət gördü. Bu məqsədlə o, məni öz naşiri Moris
Şlezingerlə tanış etdi və bizi bu dəhşətli tanışlığın uçurumuna buraxıbAlmaniyaya
getdi. Şlezinger əvvəlcə məni necə işə düzəldəcəyini heç bilmirdi, onun vasitəsilə
qurduğum tanışlıqlar isə (skripkaçı Panofka ilə də) heç bir nəticə vermədi. Mən
yenidən həmin anadək bizə müəyyən qədər kömək olan ailə şurasına müraciət
etdim. Onların sayəsində mən Haynenin “İki qrenadyor”unun tərcüməsini ala bil-
dim və tezliklə özümü razı salmaq üçün bu mətnə bariton üçün musiqi yazdım.
Andersin məsləhəti ilə yeni əsərlərim üçün ifaçı axtarmağa başladım. Əvvəlcə
müraciət etdiyim xanım Polina Viardo mənimlə birlikdə əsərlərimə cəld nəzər
saldı, xoş təəssüratlarını da məndən gizlətmədi. Lakin onları tamaşaçılar qar-
şısında ifa etmək imkanı olmadığını söylədi. Xanım Vidmanın yanında da eyni