Rixard Vaqner
Mənim həyatım
170
müvəffəqiyyətsizliklə qarşılaşdım. O, öz gözəl konraltosuyla mənim
Dors mon
enfant”
romansımı yüksək həssaslıqla ifa etsə də, onunla sonra nə edəcəyini bil-
mirdi. Böyük operanın üçüncü tenoru Düpon Ronsarın sözlərinə yazdığım roman-
sı oxumağa çalışanda bildirdi ki, bu şeirin dili müasir parislilərin xoşuna gəlməyə
bilər. Məni bir neçə dəfə qəbul edən çox məşhur konsert ifaçısı və nəğmə müəllimi
Jeraldi də sonda daxil etdiyim Marselyozanı indi Parisdə yalnız küçələrdə top və
silah səslərinin müşaiyəti ilə eşitməyin mümkün olduğunu əsas gətirərək “İki
qrenadyor”umdan imtina etmişdi.
Yalnız Qabenek sözünün üstündə durdu və mənimlə Andersin iştirakı ilə
Kolumb” uvertürasını məşqlərin birində ifa etdi. Mən bu məqamda Qabenekin
nümayiş etdirdiyi böyük nəcibliyi görməyə bilməzdim. Çünki bu əsərin məşhur
konservatoriya konsertlərində ifa olunmasından söz gedə bilməzdi. Düzdür, Qa-
benekin bu davranışının sonradan mənə müsbət nətiəcələr verə biləcəyi ehtimalı
istisna olunurdu. Çünki özüm də görürdüm ki, bu səthi gənclik əsərim orkestrdə
mənim barəmdə elə də yaxşı təəssürat qoymamışdı. Lakin bu məşqlərdə tamamilə
gözlənilmədən musiqi inkişafımın ümumi gedişində mühüm əhəmiyyət kəsb
edən güclü təəssüratlar hiss etdim. Mənə məşhur orkestrin ölçüyəgəlməz dərəcədə
uzun məşqlər və dəqiq öyrənilmə nəticəsində ifa etdiyi Bethovenin “Doqquzuncu
simfoniya”sını eşitmək xoşbəxtliyi nəsib oldu. Bu ifa elə mükəmməl və sarsıdıcı
gücə malik idi ki, hələ gənc olarkən Bethovenlə maraqlandığım vaxtlar sayıqladı-
ğım, lakin vicdanlı Polensin rəhbərliyi ilə Leypsiqdəki ölümcül ifa ilə dağıdılmış
qəribə əsərin əzəməti dərhal qarşımda qeyri-adi parlaqlığı və plastikliyi ilə peyda
oldu. Əvvəllər mistik vəhdətlərdən və səssizcə ovsunlayan obrazlardan başqa heç
nə görmədiyimməqamlar, saysız mənbələrdən süzülürmüş kimi tükənməz axınla
əzəmətli, təsvirolunmaz dərəcədə maraqlı melodiya halına gəlmişdi.
Ciddi desək, Bethovenin son əsərlərinin qiymətləndirə bilməməkdən başla-
yan və iyrənc teatrla əlaqələrin nəticəsində özünə münbit zəmin tapıb bayağılaşan
zövqümün zəifləməsi zolağı elə bil bir anda silinmişdi. Dərin utanc və peşmanlıq
uçurumu onu udmuşdu.
Əgər daxili sınma bir neçə il ərzində əsasən acı həyat sınaqları sayəsində
hazırlanırdısa, yenidən dirçəlmiş o köhnə istiqamətə əsl gücü və həyatiliyi “Doq-
quzuncu simfoniya”nın əvvəllər heç təsəvvür etmədiyim ifası vermişdi. Bu önəmli
hadisəni on altı yaşım olanda xanım Şreder-Devrienin ifasında “Fidelio”nu
eşidəndən sonrakı həlledici təəssüratla müqayisə edirdim.