Bu xatirələr bir neçə il ərzində həyat tarixçəmi danışmağımı xahiş edən dostum və
həyat yoldaşım tərəfindən mənim diqtəmlə qələmə alınıb. Hər ikimizdə bu xatirələri ailəmiz
və sınaqdan çıxmış sadiq dostlarımız üçün saxlamaq arzusu yarandı. Elə buna görə biz
yeganə əlyazmanı mümkün bədbəxt təsadüflərdən qorumaq üçün, onu öz hesabımıza az
nüsxədə çap etdirmək qərarına gəldik. Əsl tərcümeyi-halın dəyəri ona müəyyən məna
və mahiyyət bəxş edən bəzəksiz həqiqiliyindədir və təsvir olunan hadisələrdə dəqiq ad və
tarixlər göstərildiyi üçün onun kütləvi nəşrini - əlbəttə, əgər nəticələrimiz bunu arzulasa-
lar – yalnız mənim ölümümdən bir müddət sonra həyata keçirmək olar. Bu haqda, mən öz
varislərimə vəsiyyətımdə danışmaq fikrindəyəm. Əgər biz indi bəzi etibarlı dostlarımızın
bu qeydlərə baxmasına izn vermişiksə, bunu yalnız onların səmimi iştirakından, mənə və
həyatımın eniş-yoxuşlarına maraqlarından əmin olduğumuz üçün etmişik. Bu iştirak on-
ları, özüm üçün təhqir hesab etdiyim nəzakətsizlikdən, memuarlarımın məzmununun, hər
hansı bir hissəsinin eyni təəssübkeşliyi gözləmədiyim və eyni dərəcədə etibar etməyə əsas
olmayan kənar şəxslərə ötürülməsindən çəkindirəcək.
Rixard Vaqner