19
* * *
Vaqner Parsifal haqqında əfsanə ilə hələ “Loenqrin” üzərində çalışanda tanış
olmuşdu: Loenqrin Parsifalın oğlu idi. Bundan başqa, məlumdur ki, Vaqner 1865-
ci ildə də Parsifal haqqında əfsanənin təfərrüatlarını da araşdırıb. Gələcək opera-
nın librettosu 1877-ci ildə yazılır, musiqi isə 1882-ci il yanvarın 13-də tamamlanır.
Parsifal”ın premyerası 26 iyul 1882-ci ildə Bayreytdə baş tutur ki, bu da Vaqnerin
özünün “təntənəli səhnə misteriyası” adlandırdığı, müqəddəs Qraal mövzusunda
yazılmış son opera kimi onun həyat ideallarını təcəssüm etdirirdi. “Parsifal”ın ən
yaxşı təsvirinə Listin knyaginya Karolina Vittgenşteynə yazdığı məktubunda rast
gəlinir: ““Parsifal” şah əsərdən daha artıq bir şeydir. Bumusiqili dram çərçivəsində
etirafdır. Düz deyirlər ki, nəğmələrin nəğməsi “Tristan və İzolda”dan sonra Vaq-
ner “Parsifal”la bu dünyaya səhnənin məhdud imkanları daxilində mümkün olan
ən yüksək ilahi sevgi nəğməsini bəxş edib”.
Dahi bəstəkar, islahatçı, filosof, bəstəkarın yaradıcılığını dərindən araşdıran
Anri Lixtanberjenin sözləri ilə desək, “şair və mütəfəkkir” Rixard Vaqner 1883-cü
ilin 13 fevralında Venetsiyada ürək partlamasından vəfat edir. Bəzilərinin pərəstiş,
digərlərinin isə düşmənçilik etdiyi Vaqner yaradıcılığı ətrafında mübahisələr
sakitləşməsə də, bir şey şübhəsizdir – gücünə və nəhəngliyinə görə digər alman
dahisi İ.V.Höte ilə müqayisə olunan Vaqner dahiliyi dünya musiqi sənətinin siya-
hısında ilk yerlərdən birini tutur, onun yaradıcılığı isə dünya musiqi mədəniyyəti
tarixində bütöv bir epoxa təşkil edir.
M.K.Zalesskaya