18
* * *
Biz “bir aktyorun teatrı” termininə alışmışıq. Lakin “bir bəstəkarın teatrı”
ifadəsu dünya mədəniyyətində özünəməxsus unikal anlayış oldu. “Festşpilhaus”
Bayreytdəki opera teatrı məxsusi olaraq Vaqnerin tamaşaları üçün tikilmişdi . Bu
Bavariya kralı II Lüdviq sayəsində mümkün olmuşdu. O, həmçinin Vaqner üçün
Vanfrid” (indi bu villanın yanında Vaqner muzeyi və bəstəkara hədiyyə edilən
kralın bürünc büstü var) villasını da tikdirir. Memarlıq layihəsinin müəllifləri Otto
Brükvald və Qotfrid Zemper idi. Lakin opera üçün əsas problemlərdən biri olan
akustika məsələsini Vaqnerin özü mühəndis Karl Brandtın köməyi ilə həll edir.
Məhz bunun sayəsində “Festşpilhaus” zalı müstəsna akustika keyfiyyətinə malik-
dir. Xatırladaq ki, binanın təməli 1872-ci ildə qoyulmuşdu. Bu hadisəyə həsr olun-
muş konsertdə Vaqner Bethovenin – bəstəkarlıq sənətinin əsaslarını öyrənmək
üçün partituralarını köçürdüyü gənclik kumirinin - “Doqquzuncu simfoniya”sına
dirijorluq edirdi. Yeri gəlmişkən, Vaqnerin öz operalarından başqa, məhz Bethove-
nin “Doqquzuncu simfoniya”sı 1876-cı ildə teatrın açılışında və 1951, 1953, 1954 və
1963-
cü illərdə keçirilən Bayreyt festivallarında ifa olunmuşdu.
Tamaşaçı zalı tamamilə qeyri-adi daxili üzlüyə malikdir. Amfiteatrda
yerləşən 1800 yerlik zalda nə eyvanlar, nə də yaruslar var. Cəmi doqquz lojası var
ki, onlardan biri imperator ailəsi, qalanları isə yalnız yüksək təbəqədən olan, se-
çilmiş dəvətli qonaqlar üçün idi. Lojaların altında geniş qalereya yerləşir. Orkestr
tamaşaçıdan gizlədilib.
Vaqner teatrının təntənəli açılışı 13-17 avqust 1876-cı il tarixlərində “Nibe-
lunqun üzüyü” tamaşası ilə baş tutmuşdu. Maraqlıdır ki, açılışda bəsətkarın köhnə
dostu F.Listdən başqa həmin dövrün müxtəlif ölkələrdən olan bir çox görkəmli
musiqi xadimləri də iştirak edirdi – E.Qrin, K.Sen-Sans, P.İ.Çaykovski, S.A.Kyu,
N.Q.Rubinşteyn. Tetralogiya üç dəfə ard-arda tam səhnələşdirilmişdi (tamaşalar
on iki gün ərzində gündəlik gedirdi), bundan sonra maddi çətinliklərlə bağlı teatr
bağlanmışdı. O, yenidən yalnız 1882-ci ildə açıldı və bundan sonra yalnız Vaqner
musiqi festivallarının keçirilməsi üçün xidmət etdi. Bu festivallar demək olar ki,
hər il keçirilir (yalnız 1885, 1887, 1890, 1893, 1895, 1898, 1900, 1903, 1905, 1907, 1910,
1913, 1915-1923, 1926, 1929, 1932, 1933, 1935
və 1945-1990-cı illərdə keçirilməyib)
və üç-dörd həftə davam edirdi. 1883-cü ildə Vaqnerin ölümündən sonra Bayreyt
teatrının rəhbərliyi Kozimanın əlinə keçdi, 1908-ci ildən 1930-cu ilədək teatrı Vaq-
nerin oğlu Ziqfrid, 1930-1944-cü illər arası Ziqfridin həyat yoldaşı Vinifrid (1894-
1980), 1951-
ci ildən isə bəstəkarın nəvələri Viland (1917-1966) və Volfqanq (d. 1920)
Vaqnerlər rəhbərlik ediblər.