17
qurulan kral musiqi məktəbinin müdiri və saray nəzdindəki opera teatrının diri-
joru vəzifəsinə təyin olunur. Bülov, Listlə Qrafinya d`Aqunun nikahdankənar qızı
Kozima ilə (1837-1930) evli idi və daha əvvəl, 1857-ci ildə Sürixdə yaşayan Vaqneri
Kozima ilə birlikdə ziyarət də etmişdi. Lakin bu dəfə Vaqnerlə Kozima arasında
əsl hisslər alovlanır. Vaqner fitnə-fəsadlar nəticəsində Münheni tərk edib yenidən
İsveçrəyə köçməyə məcbur olanda Kozima Vaqneri Cenevrədə tək ziyarət edir.
1866-
cı ildə Vaqnerin həyat yoldaşı Minna Drezdendə dünyasını dəyişir. Bəstəkar
Lüsern yaxınlığındakı Tribşen villasına yerləşəndə, Kozima onun yanına köçür.
Hans fon Bülov həyat yoldaşı ilə ayrılığı ağır keçirir. Bu List üçün də ağır zərbə
idi və o, hətta Vaqnerlə və qızıyla münasibətlərinə də son qoymuşdu. 18 iyul
1870-
ci ildə Tribşenə Bülovların nikahının rəsmən bitdiyi xəbəri gəldi. Vaqnerlə
evlənməsinə heç bir şey mane olmasın deyə Kozima katoliklikdən protestantlığa
keçir və avqustun 25-də Vaqnerlə Kozimanın nikahı baş tutur. O vaxt artıq onların
iki qızı var idi – İzolda (1865-1919) və Yeva (1867-1942). Sentyabrın 4-də isə oğulları
Ziqfridin (1869-1930) xaç mərasimi keçirilir.
Tribşendə keçən illər (1866-1872) yalnız Vaqnerin şəxsi həyatındakı
hadisələrlə əlamətdar deyildi. Bu dövr onun yaradıcılığının da yüksəliş dövrü
idi. 1868-ci ildə Münhendə “Nürnberq meysterzingerləri”nin uğurlu premyera-
sı baş tutur. Ancaq ən əsası 1869-cu ildə “Nibelunqun üzüyü”nün ilk iki hissəsi
- “
Reyn qızılı” və 1870-ci ildə “Valkiriya” səhnələşdirilmişdi. O, eyni zamanda
Ziqfrid”i (1871) bitirmişdi və “Tanrıların ölümü” – tetralogiyanın son hissəsi
üzərində işləyirdi. Həmçinin Tribşendə Vaqner Kozimaya 1870-ci ildə bitirdiyi
Mənim həyatım” memuarlarını diktə etmişdi (Vaqnerin hazırda oxucuya təqdim
olunan tərcümeyi-halı 1864-cü ilin hadisələri ilə bitir). Burada Vaqner Bazel uni-
versitetinin gənc professoru Fridrix Nitşe ilə (1844-1900) tanış olur. Nitşe də onun
dahiliyinin yeni pərəstişkarı olur. Hərçənd Nitşe əvvəllər Vaqnerin nə dərəcədə
pərəstişkarı və dostu olursa, sonralar onun bir o qədər barışmaz düşməninə çev-
rilir.
1872-
ci ildə Bayreytdə Vaqner operalarının səhnələşdirilməsi üçün teatr bina-
sının təməli qoyulur. Vaqner “Nibelunqun üzüyü”nün premyerasını məhz burada
təşkil etməyi planlaşdırırdı. Bu arzu yerinə yetir. 1874-cü ildə üzərində iyirmi ildən
çox iş gedən “Nibelunqun üzüyü”, “Tanrıların ölümü”nün yazılması ilə tamamilə
bitir. Vaqnerin opera islahatının bütün aspektləri bu əsərdə öz əksini tapıb. Vaqner
Nibelunqun üzüyün” də digər əsərlərində olmayan qədər leytmotivlər planını
işləyir (tetralogiyada bunlar yüzə yaxındır, hətta üzük və qılınc kimi əşyaların da
leytmotivi var). Skandinav və alman eposunun əsasında dünyanın yaradılmasının
ümumi təsvirini əks etdirən bütöv fəlsəfi-simvolik sistem yaradılmışdı və nəhayət,
musiqi, poeziya, plastika və təsviri sənətin maksimum vəhdətinə nail olunmuşdu.
1876-
cı ildə Bayreytdə tetralogiyanın premyerası baş tutur.