16
yoldaşı Minna həmin vaxt ciddi xəstəliyə mübtəla idi. Sevgililər qərar verdilər ki,
münasibətləri bir-birilərinə qarşı yüksək heyranlıq çərçivəsindən çıxmayacaq. Ma-
tildanın israrı ilə Vezendonk Vaqner üçün öz villasının yaxınlığında bir ev alır ki,
bəstəkar orada özünü rahatlıqla yaradıcılığa həsr edə bilsin. 1857-ci ilin aprel ayının
sonunda Vaqner Minna ilə həmin evə köçür və evinə “Sığınacaq” adını verir.
Bu vaxt o, orta əsrlərə aid Tristan və İzolda süjeti ilə maraqlandığı üçün “Ni-
belunqun üzüyü” tetralogiyası üzərində işi dayandırmışdı. 18 sentybarda yeni
operanın poetik mətni tamamlanmışdı. Lakin Vaqnerin şəxsi həyatında faciə baş
verdi: uzun müddətdir ərini Matilda Vezendonka qısqanan Minna Vaqnerin Ma-
tildaya yazdığı məktublardan birini tapır və onu ictimai qalmaqalla təhdid edir.
Sevgilisini bu cür xoşagəlməz şeylərdən uzaq tutmaq istəyən Vaqner Matildadan
ayrılmaq qərarına gəlir. O, Cenevrəyə, oradan da Venetsiyaya yola düşür. Vaqner
Vezendonklardan ayrılığı ağır keçirir, hətta intihar barədə də düşünür. Onu ya-
radıcılıq xilas edir – Vaqner Matildanın beş şeirini musiqiyə köçürür və bədbəxt
sevgisinin xatirəsinə “Qadın səsi üçün beş mahnı” (1858) seriyasını yaradır. 3
avqust 1859-cu ildə isə bəstəkarın şəxsi faciəsinin təcəssümü olan “Tristan”ı biti-
rir. “Tristan”ı cəsarətlə operanın “simfoniyalaşdırılması” ideyasını dərinləşdirən
simfonik-vokal poema” adlandırmaq olar.
Nəhayət, 1860-cı ildə Vaqner Saksoniya hüdudlarından kənarda olmaq şərti
ilə Almaniyada yaşamaq izni alır. Tam amnistiya yalnız 1862-ci ildə mümkün ol-
muşdu. Həmin dövrdə o, orta əsrlərAlmaniyasındamüğənnilərinmüsabiqəsindən
bəhs edən milli alman operası “Nürberq meysterzingerləri”nin mətni üzərində işə
başlayır (opera 1867-ci ildə tamamlanır). Vaqner operanın əsas qəhrəmanlarından
biri kimi XVI əsrdə yaşamış Hans Saks adlı həqiqi tarixi personajı seçir.
1863-
cü ildə Vaqner dirijor kimi Rusiyaya dəvət olunur. Tanınmış musi-
qi tənqidçisi və rus bəstəkarı A.N.Serov (1820-1871) Vaqnerin səmimi dostu və
pərəstişkarına çevrilir (bu illərdə Rusiyada Vaqnerin “Loenqrin” (1868), “Tanhau-
zer” (1874) və “Riensi” (1879) operaları uğurla səhnəyə qoyulur).
1864-
cü ildə Almaniyaya qayıtdıqdan sonra gözlənilmədən fortuna tax-
ta yenicə keçmiş Bavariya kralı II Lüdviqin (1845-1886) simasında Vaqnerin
üzünə gülür. O, Vaqner yaradıcılığının pərəstişkarı idi və bəstəkarı Bavariya-
nın paytaxtı Münhenə dəvət edir, ona əsl kral dəstəyi göstərir: bəstəkarın ümu-
mi məbləğ təxminən 40 000 qulden olan borclarını ödəyir, onun operalarının
səhnələşdirilməsinə böyük sərmayə sərf edir və nəhayət, Vaqnerin şəxsi teatrını
tikdirmək kimi çoxdankı arzusunu yerinə yetirməyə söz verir.
Elə onda Vaqner II Lüdviqinməsləhəti iləMünhen yaxınlığındakı Ştranberqə,
Bavariya kralının Vaqnerə hədiyyə etdiyi villaya gözəl dirijor və pianist, dostu
Listin ən yaxşı tələbələrindən biri, saray pianisti təyin edilən Hans fon Bülovu
(1830-1894)
dəvət edir. 1866-cı ildə isə Bülov Vaqnerin layihəsi əsasında yenidən