15
Vaqnersayağı qəhrəmanlıq sopranosu ilk növbədə böyük səs gücü və sərbəst
aşağı - demək olar ki, messo-soprano registrli geniş diapazonla fərqlənməlidir.
Vaqnerin qəhrəmanlıq sopranosu üçün bəstələdiyi nisbətən parlaq partiyalar –
Tristan və İzolda”da İzolda və “Tanrıların ölümü”ndə Brungilda – ifaçıya dra-
matik istedadını tam açmağa və vokal texnikasındakı virtuozluğunu göstərməyə
imkan verir.
Vaqner yüksək messo-sopranoya əsasən mənfi xarakterli partiyaları tapşırır
(“
Tanhauzer”də Venner, “Loenqrin”də Ortrud, “Nibelunqun üzüyü”ndə Frika).
Vaqner messo-sopranoya mənfi personajlardan başqa qəhrəmanın rəfiqəsi kimi
ikinci dərəcəli rolları həvalə edir – “Tristan və İzolda”da Brangen və ya “Tanrı-
ların ölümü”ndə Valtraut. Əgər soprano-ifaçısına Vaqner partiyalarını ifa etmək
üçün sərbəst aşağı registr lazımdırsa, messo üçün daha çox sopranoya yaxınlaşan
sərbəst yuxarı registr lazım olur.
Vaqner “İncəsənət və inqilab”da antik Yunanıstandan danışarkən incəsənətə
münasibətini açıq şəkildə ifadə edib: “Bu xalq otuz minlik kütlə ilə amfiteatrı dol-
durub ən dərin mənalı faciələrin ifasında iştirak etmək üçün xalq yığıncaqların-
dan, aqoradan, kəndlərdən, gəmilərdən, hərbi düşərgələrdən, ən uzaq ərazilərdən
axışıb gəlirdi... ideal dincliyə qovuşmaq üçün daxilən özünü toplayır, anlayır, bu
qüdrətli incəsənət əsəri qarşısında öz fəaliyyətini dərk edir, öz mahiyyəti, icması,
tanrısı ilə vəhdət təşkil edirdi ki, yenidən bundan bir neçə saat əvvəl olduğu halına
qayıda bilsin, amma bu dəfə narahat bir ehtirasla, hər bir fərdin tam təcridi ha-
lında”. Vaqner islahatının nail olmaq istədiyi ideal budur, öz yaradıcılığında can
atdığı universal incəsənət əsərinin xarakteristikası belədir. Hərçənd, əlbəttə, Vaq-
nerin musiqili dramı mahiyyətcə yunan dramından fərqlənir və süjet seçiminə,
fəlsəfi simvolizminə, daxili fəaliyyətin xarici fəaliyyətin xeyrinə olmayan psixoloji
inkişafına görə sırf alman dramı hesab olunur.
* * *
Vaqnerin novator ideyalarını ən aydın şəkildə təcəssüm etdirən 1848-ci ildən
planını qurduğu möhtəşəm “Nibelunqun üzüyü” tetralogiyasıdır. 1851-ci ildə Vaq-
ner “Ziqfrildinölümü”üzərində işə başlayır. Bu, gələcək tetralogiyanınhissələrindən
biri kimi düşünülmüşdü. Onun ilk hissəsi “Reyn qızılı” 1854-cü ildə yazılıb. Vaq-
ner 1856-cı ildə “Nibelunqun üzüyü”nün ikinci hissəsi olan “Valkiriya”nı bitirir.
Bu vaxt o, Vezendonklar ailəsi ilə tanış olub dostlaşdığı Sürixdə yaşayırdı. Varlı
kommersant Otto Vezendonk (1815-1896) Vaqnerə hər cür, həmçinin maddi dəstək
göstərirdi. Onun həyat yoldaşı Matilda isə (1828-1902) istedadlı musiqiçi və şairə
idi, özü də Vaqnerdən musiqi dərsləri almağa başlamışdı. Tezliklə Vaqnerlə Matil-
danın münasibətləri dərin sevgi hissinə çevrildi. Lakin onlar xoşbəxtliklərini yaxın
adamların bədbəxtliyi üzərində qurmaq istəmirdilər, həm də ki, Vaqnerin həyat