14
qədər ənənəvi operada musiqili hadisə müstəqil tamamlanmış nömrələr seriya-
sından ibarət idi (Vaqner bu nörməli, sıralı strukturdan tamamilə imtina etmişdi).
Vaqnerin təklif etdiyi opera islahatında xüsusilə “Vaqner ifaçısı” anlayışı-
nın üzərində də dayanmaq lazımdır. Vaqnerin konkret hissələrin ifaçılarına qoy-
duğu tələblər ənənəvi, italyan operasında qəbul olunmuş tələblərdən mahiyyətcə
fərqlənirdi. Maraqlıdır ki, klassik italyan və ya rus repertuarı ilə məşhurluq qa-
zanmış ifaçı Vaqner musiqisinə müraciət etdikdə çox vaxt tamamilə uğursuzluğa
düçar olur. Lakin öz istedadını məhz onda faş edən, yalnız Vaqnerin musiqisini ifa
edən ifaçılar da var. Görünür, bəstəkarın əsərlərində özünü ifadə edə bilmək üçün
onun fəlsəfəsini bütün qəlbinlə qəbul etmək lazımdır. Vaqner musiqisində isə bu
xüsusilə aktualdır.
Vaqner operanı musiqili dram kimi təqdim edən konsepsiyalarından irəli
gələrək səslərin yeni tipini aşkarlayır. Orkestrin birinci dərəcəli əhəmiyyəti, musiqi,
söz və səhnə hərəkətlərinin vəhdəti ifaçılardan yeni çətin məsələlərin həllini tələb
edirdi. Buraya Vaqner əsərlərinin samitlərlə dolu alman dili ilə mürəkkəbləşdirilmiş
vokal yazı tərzi də əlavə olunurdu. Vaqner ifaçıların aktyorluğuna da sərt tələblər qo-
yurdu. Onlar rolu dərindən anlamalı və hiss etməli, qüsursuz tələffüzə, bundan baş-
qa, böyük fiziki qüvvəyə və dözümə sahib olmalı idilər. Bunun səbəbi partiyaların
həcmi və çətinliyi, həmçinin böyük orkestrin səsinin qarşısına keçməyin vacibliyi idi.
Vaqnersayağı” səslərin yeni növlərinə qəhrəman tenoru, qəhrəman
sopranosu, qəhrəman baritonu (bu həm də bas-bariton və ya yüksək basdır),
yüksək drammatik messo-soprano da daxildir. Bəzən “qəhrəman” termininin
əvəzinə “dramatik” termini istifadə olunur, ancaq vaqnersayağı səslərə gəldikdə
qəhrəman” sözü tembr çalarını və ifaçının diapazon imkanlarını əks etdirməklə
yanaşı dinləyicini obrazın daxili xarakterinə də kökləyir.
Qəhrəman tenoru lirik və xarakterikdən fərqli olaraq böyük səs gücünə və
tərkibində həm ən yüksək, həm də baritonal, aşağı notlar olan geniş diapazona
malik olmalıdır. Bu səs üçün yazılmış əsas partiyalar: “Ziqfrid” və “Tanrıların
ölümü”ndəki Ziqfrid, “Tristan və İzolda”dakı Tristan, eyni adlı operalardakı Lo-
enqrin, Tanhauzer və Parsifal parityalarıdır.
Qəhrəman baritonu və ya bas-bariton ilk növbədə parlaq bütöv obraz yarada
bilən, fəlsəfi iztirabların dərinliyini əks etdirə bilən “böyük aktyor” olmalıdır. Bas-
baritonun partiyaları demək olar ki, yalnız deklamasiya xarakteri daşıyır və buna
uyğun olaraq müğənninin qüsursuz tələffüzü olmalıdır. Vaqner operalarındakı əsas
partiyalar – “Nibelunqun üzüyü”ndəki Votan, “Uçan hollandiyalı”da hollandiya-
lı, “Nürnberq meysterzingerlər”indəki Saks, “Parsifal”dakı Qurnemansdır. Vaqner
Tristan”dakı Kral Mark, “Nibelunqun üzüyü”ndəki Hagen və Hundinq kimi bü-
tün mənfi qəhrəmanları aşağı basa tapşırır və ifaçıya bas-baritona qoyduğu analoji
tələblər qoyur.