Rixard Vaqner
Mənim həyatım
22
1
Mən 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə- “Qırmızı və Ağ şir” adla-
nan binanın ikinci mərtəbəsində anadan olmuşam. İki gün sonra məni Müqəddəs
Foma kilsəsində xaç suyuna salıblar və Vilhelm Rixard adını veriblər. Atam Fridrix
Vaqner yerli Leypsiq polisində aktuari vəzifəsində çalışırdı və polis müdiri olmaq
yolunda irəliləyirdi. Lakin o, mən doğulan ilin oktyabrında Leypsiqdə epidemi-
ya şəklində yayılan sinir titrətməsindən vəfat etdi. Xəstəliyi Leypsiq ətrafındakı
döyüş və həmin dövrün hərbi hadisələri ilə bağlı gücləndirilmiş iş rejiminin yor-
ğunluğu ilə daha da pisləşmişdi. Sonradan öyrəndim ki, ata tərəfdən babam sadə,
meşşan şəraitdə yaşayır, Ranşted şəhər darvazalarında gömrük məmuru kimi
xidmət göstərirmiş. O, ətrafındakı digər adamlardan fərqli olaraq hər iki oğluna
ali təhsil verməyə çalışmışdı. Böyük oğlu Fridrix, yəni mənim atam, universitetdə
hüquq təhsili alıb, balaca oğlu Adolf isə ilahiyyat. Sonradan əmim mənim inki-
şafımda əhəmiyyətli rol oynadı. Onunla gəncliyimin önəmli anlarından birində
yenidən görüşəcəyik. Eşitdiyimə görə, erkən yaşda bizi tərk edən atam poezi-
yanı və ədəbiyyatı çox sevirmiş. Xüsusilə, həmin dövrdə təhsilli cəmiyyətin ge-
niş dairələrini əhatə edən teatra onda böyük, qarşısıalınmaz həvəs varmış. Yeri
gəlmişkən, anam danışırdı ki, “Messin gəlini”nin ilk tamaşası olanda atam qəsdən
onunla birlikdə Lauxştedtə gedibmiş. Orada xiyabanda atam Şiller və Höteni
göstərib həvəslə bu böyük adamların əhəmiyyətindən də danışıbmış anama. Atam
teatrla maraqlanarkən aktrisalara da marağını gizlətmirdi. Anam zarafatla deyir-
di ki, dəfələrlə atamı nahara gözləməli olarmış. Atam isə o vaxtlar məşhur olan