23
Rixard Vaqner
Mənim həyatım
bir aktrisanı ziyarət edər
*
,
buna görə danlananda isə özünü müdafiə etmək üçün
işlərə görə ləngidiyini deyib mürəkkəbə bulaşmış əllərini göstərərmiş. Ancaq ya-
xından baxanda məlum olarmış ki, onun əlləri tərtəmizdir. Ailənin yaxın dostu
Lüdviq Heyeri seçimində də atamın teatr meyli özünü göstərib. Sonradan Lüd-
viq Heyer genişürəkli xeyirxah rolunu ailəmizdən əsirgəmədi. Bu təvazökar artist
qəfil vəfat edən atamın övladlarının taleyi ilə yaxından məşğul oldu və ömrünün
qalan hissəsini tamamilə bizim ailəni dəstəkləməyə və uşaqların tərbiyəsinə sərf
etdi. Hələ əvvəllər polis aktuarisi axşamları teatrda keçirəndə, bu gözəl insan,
bizim aramızda onun yerini tutur və o, tez-tez ərinin yüngül davranışlarından
şikayətlənən – nə dərəcədə ədalətli olub-olmadığını bilmirəm - anama təsəlli də
verməli olurmuş. Taleyin ora-bura sürüklədiyi bu evsiz, tənha artistin qəlbində ailə
rahatlığına o qədər böyük ehtiyac var idi ki, dostunun ölümündən bir il sonra onun
dul qalmış həyat yoldaşı ilə evləndi və beləliklə, onun yeddi övladına qayğıkeş ata
oldu. Şərait ona bu çətin məsələni yerinə yetirmək üçün kömək oldu. Onun şəxsi
vəziyyəti gözlənilmədən əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdi. Yenidən
açılmış Drezden kral teatrı onu sərfəli, hörmətli və əsaslı şərtlərlə xarakterik rol-
lara dəvət etdi. Onun rəssamlığa da istedadı var idi. Cavanlıqda ehtiyac üzündən
universiteti atmaq məcburiyyətində qalanda, bu istedad onun köməyinə gəlmişdi.
Yeni şəraitdə isə bu istedadının ona çox faydası oldu. Düzdür, o, məktəbə, düzgün
və sistematik təlimə, vərdişlərə ehtiyacı olduğunu tənqidçilərindən daha yaxşı bi-
lirdi, amma qeyd-şərtsiz olan dəyərli portretçiliyi, rəssamlıq istedadı, bənzərlikləri
tuta bilmək bacarığı sayəsində elə əhəmiyyətli sifarişlər alırdı ki, işdən başını qa-
şımağa vaxtı olmurdu. Amma sənətin bu iki sahəsindəki gərgin işi onun gücünü
tez də tükətdi. Bir dəfə Münhendə saray teatrına qastrol vaxtı Saksoniya sarayının
tərif dolu təqdimatı nəticəsində kral ailəsindən o qədər sifariş almışdı ki, qastrolla-
rı dayandırmalı, hətta tamamilə onlardan imtina etməli olmuşdu. Onun poetik is-
tedadı da var idi. Beləcə, o, kifayət qədər səliqəli şeirlərdən ibarət bir neçə pyes si-
farişi də yerinə yetirmişdi. Bunlardan biri- qafiyəli “aleksandriya şeiri” ölçüsündə
yazılmış “Vifleyemdə körpələrin qətliamı” tez-tez səhnələşdirildiyi üçün çap da
edilmiş və hətta Hötenin simpatiya dolu rəyini almışdı.
Həyatımın ikinci ilində ailəmiz atalığımla birlikdə Drezdenə köçdü. Bu gözəl
insanla anamın daha bir uşağı – Sesiliya adlı qız da dünyaya gəldi. Atalığım hədsiz
sevgi və qayğı ilə mənim tərbiyəmlə də məşğul olmağa başladı. Məni tamam-ka-
mal övladlığa da götürmək istəyirdi. Bu məqsədlə o, məni ilk dəfə məktəbə öz so-
yadı ilə yazdırdı. Beləliklə, drezdenli yoldaşlarım on dörd yaşıma qədər məni Ri-
xard Heyer kimi tanıyırdılar. Yalnız atalığımın ölümündən sonra ailəmiz yenidən
Leypsiqə köçəndə, bütün yaxınlarımızın yaşadığı köhnə vətəndə yenidən Vaqner
soyadını qəbul etdim.
*
Xanım Qartviq