275
Rixard Vaqner
Mənim həyatım
ümid etmək olardı. Əvvəlcə “Riensi”nin partiturasını nisbətən mühüm teatrlara
göndərdim. Lakin əsərim hər yerdən geri qayıtdı, hətta Münhen teatrı möhürü
açmamış geri qaytarmışdı. Bu mənim üçün kifayət etdi və “Hollandiyalı”ya görə
xərc çəkməməyə qərar verdim. İşgüzar spekulyasiya nöqteyi-nəzərindən yalnız
Tanhauzer”in uğurunun əvvəlki operaları da arxasınca çəkəcəyinə inanmalı
idim. Heyrətamiz, bir qədər tərəddüdə düşən komissionerim, ləyaqətli saray mu-
siqi taciri Mezer də bu fikrə gəlməli idi. Buna görə dərhal “Tanhauzer”in klavira-
ustsuqunun nəşrinə başlamağa qərar verilmişdi. “Uçan hollandiyalı” üçün bu işi
Rekel, “Riensi”də isə Klink adlı biri görsə də, “Tanhauzer”i özüm yerinə yetirdim.
LakinMezer operanın ilkin adı “Venera dağı”na elə enerjili etiraz etdi ki, həqiqətən
məni adı dəyişməyə razı saldı. O, iddia edirdi ki, mən auditoriya arasında dolan-
madığım üçün bu ad barədə necə kəskin ifadələr gəzdiyindən xəbərim yoxdur.
Bu sözlər əsasən Drezdendəki tibbi klinikanın tələbə və müəllimlərindən gəlirdi.
Belə ki, onlar xüsusilə bu sahədəki abırsızlıqları ilə seçilirdilər. Bu bayağılıq əsərin
adını dəyişməyim üçün kifayət idi. Operanın başlığında qəhrəmanın adını əslində
Tanhauzer” haqqında mifə yad olan dastanla əlaqələndirdim. Mən əslində bunu
nəzərdə tutmamışdım və bu vəziyyət çox hörmət etdiyim əfsanə toplayan və araş-
dıran Zimroku ciddi şəkildə məyus etmişdi.
174
Tanhauzer və Vartburqda müğənnilərin yarışı” klaviraustsuquna opera-
nın orta əsrlərə aid tendensiyasına müvafiq görünüş vermək istəyirdim. Buna
görə Leypsiqdən mətn üçün xüsusi qotik şriftlər sifariş etdim. Bu, yeni və heç də
az olmayan xərclərə səbəb oldu. Eyni zamanda Mezerə bir daha operamın uğu-
runa nə dərəcədə əmin olduğumu sübut etdi. Onsuz da işlərimizin qeyri-adi
dərəcədə xoş gedişat alacağına ümid etməkdən başqa çarəmiz qalmırdı. Bu işdə
çox irəliləmişdik və yeni vəsaitlərin tapılması üçün böyük qurbanlar verilmişdi.
Digər tərəfdən, rəhbərlik “Tanhauzer”ə bəslədiyim ümidləri bölüşdürürdü. Ən
yaxşı Paris rəssamlarının Drezden səhnəsi üçün hazırladığı dekorasiyalar adi al-
man dekorativ tətbiqi sənətinin üslubu ilə müqayisədə həqiqətən gözəl və nəcib
bədii əsər təsiri bağışlayırdı. Mən fon Lütihaunu Parisdən “Tanhauzer” üçün xü-
susi dekorasiyalar sifariş etməyə razı saldım. Bu sifariş üçün rəssam Depleşenlə
danışıqlar hələ ötən payızda tamamlanmışdı. Bütün arzlarım yerinə yetirilmişdi.
Dostum Haynenin rəsmlərinə əsasən orta əsrlərə məxsus kostyumlar da hazırlan-
mışdı. Fon Lütihau yalnız bir dekorasiyanı – müğənnilərin yarış zalını – sifariş
etmək istəmirdi. O, iddia edirdi ki, bu yaxınlarda fransız ustasının “Oberon” da
imperator Karl üçün hazırladığı zal dekorasiyası bizim məqsədimizə uyğun gəlir.