Rixard Vaqner
Mənim həyatım
276
Rəhbərimi fikirlərimə inandırmaq üçün fövqəladə güc sərf etməli oldum. Belə ki,
burada möhtəşəm kral zalından yox, yalnız mənim xüsusi göstərişlərim olmadan
yerinə yetirilməsi ağlasığmaz olan məxsusi səhnə mənzərəsindən söhbət gedir-
di. Nəhayət, bunlardan sıxılıb qəti narazılığımı bildirəndə o, məni sakitləşdirib
bu dekorasiyaya qarşı çıxmadığını və dərhal sifariş edəcəyini bildirdi. Guya o, bu
çətinlikləri yalnız məni sevindirmək üçün yaradırmış: axı, həddindən artıq asan
əldə edilən adətən qiymətli olmur. İşlər yaxşı gedirdi və ümid şüaları payız möv-
sümünün açılışına, yeni əsərimin ilk tamaşasına yönəlmişdi. Onu kifayət qədər
gərgin halda gözləyirdilər. İlk dəfə
Allgemenie Zeitung”
da çap olunmuş məqalədə
haqqımda çoxmənalı-iltifatlı tonla bəhs edildiyini görmüşdüm. Orada mətni
şübhəsiz poetik istedadla” yazılmış yeni əsərin ilk tamaşasını gözlədiklərindən
bəhs edilirdi. İyul ayında ümid dolu əhval-ruhiyyədə Bohemiyadakı Marienba-
da istirahətə yola düşdüm. Orada arvadımla birlikdə sularla müalicə kursu qəbul
etməli oldum.
175
Yenidən mənə dəyişməyən həyəcanlandırıcı təsir göstərən füsunkar Bohe-
miyanın vulkanik torpağına ayaq basdım. Möcüzəli, bəlkə də həddindən artıq isti
yay əla əhval-ruhiyyəmin qorunmasına kömək edirdi. Qəti şəkildə sakit, düzgün
həyat tərzi keçirməyə qərar verdim. Sularla müalicənin xüsusi təsiri də bunu tələb
edirdi. Buna uyğun olaraq mütaliə üçün kitablar seçdim: Volfram fon Eşenba-
xın Zimrok və San-Marte tərəfindən işlənmiş şeirləri, onlarla əlaqəli Horresin ön
söz yazdığı anonim Loenqrin eposu. Kitabları qoltuğuma vurub yaxın meşələrə
yola düşür və çay kənarında bir yer tapıb Titurel və Parsifal barədə ruhuna görə
mənə yaxın Volframın şeirlərini oxuyurdum. Lakin tezliklə şəxsi yaradıcılığıma
duyduğum güclü həsrət öz sözünü dedi və Marienbad sularından istifadə zamanı
istənilən həyəcanlandırıcı işlə məşğul olmaq birbaşa qadağan olunduğu üçün bu-
nunla mübarizə aparmalı oldum. Bu məni get-gedə artan narahatlığa düçar etdi.
Qarşımda boydan-boya Loenqrin dayanmışdı. Onun haqqında ilk fikir hələ Paris
dövrünün sonlarında gəlmişdi. Süjetin dramatik konsepsiyası bütün təfərrüatı ilə
gözlərimin qarşısında təsvir olunurdu. Bu hekayəyə birləşən və bu vaxt ərzində
tanış olub öyrəndiyim qu quşu haqqında saqa da mənim üçün xüsusi, tamamilə
qarşısıalınmaz cazibədar hal almışdı. Həkimlərin xəbərdarlıqlarını nəzərə alaraq
bu cür təsəvvür etdiyim operanın planına başlamaq istəyi ilə mübarizə aparır və
bunun üçün enerjili, lakin kifayət qədər özünəməxsus üsula əl atırdım. Hervinu-
sun alman ədəbiyyatı tarixində Nürnberq meysterzingerləri və Hans Saks haqqın-
da kiçik qeydlərə rast gəlmişdim. Bunlar mövzu barədə təsəvvürlərimə yeni həyat