277
Rixard Vaqner
Mənim həyatım
verdilər. “Damğaqoyan”ın adı və onun meysterzingerlərin ifası zamanı funksiyası
məni xüsusilə heyrətə gətirmişdi. Saks və onun müasiri olan şairlərlə yaxşı tanış ol-
masam da, bir dəfə gəzinti zamanı bütöv komik səhnə hazırlamışdım. Bu səhnədə
pinəçi Saks əlində çəkiclə tanınmış şair kimi “nalvurana”a, digərlərinə göstərdiyi
vasvası münasibətə görə nəzm dərsi vermişdi. İki fiqur qəfil qarşımda canlandılar:
əlində təbaşir işarələri cızılmış taxtası ilə “damğaqoyan” və pinəçi çəkici ilə hazır-
lanmış başmağı başının üstünə qaldıran Hans Saks. Hər ikisi eyni üsulla nəğmənin
pis oxunduğunu sübut edir. Bu zaman dar, dolanbac Nürnberq küçəsi, qonşular,
təşvişlə qaçan camaat ikinci pərdənin sonunda baş verən küçə davası xəyalımda
canlandı. Meysterzingerlər haqqında komediyam təsəvvürümdə elə aydın gö-
rünürdü ki, süjet şən olduğuna görə dərhal işə başlayıb onu kağıza köçürməyin
mümkün olduğunu düşündüm. Məni izləyən Loenqrindən canımı qurtarmaq
ümidi ilə məhz belə də etdim. Lakin səhv etdim. Günorta vannasına təzəcə otur-
muşdum ki, məni Loenqrinlə məşğul olmaq istəyi bürüdü, mən nəzərdə tutulan
bir saatı otura bilmədim və artıq bir neçə dəqiqə sonra sudan sıçrayıb səbirsizliklə,
heç özümə səliqəli geyinmək imkanı vermədən dəli kimi evə qaçdım ki, məni bo-
ğan əhvalı kağıza tökə bilim. Bu, Loenqrinin ətraflı səhnə planı hazır olana qədər
bir neçə gün dalbadal təkrarlandı.
Kurort həkimi belə hesab etdi ki, yaxşısı budur, mən sulardan və vannalar-
dan tamamilə imtina edim, başa düşüm ki, bu cür müalicə kursları mənlik deyil.
Həyəcanım elə gücləndi ki, yuxusuzluq baş qaldırdı. Yatmaq üçün ən qəribə üsul-
lara əl atırdım. Əylənmək üçün ətraf ərazilərə bir neçə ekskursiya təşkil etmək
qərarına gəldik. Yeri gəlmişkən, Vallenşteyn barədə xatirələr və sakinlərinin
məxsusi kostyumları ilə diqqətimi cəlb edən Egerə də getdik. Avqustun ortasın-
da Drezdenə qayıtdıq. Dostlarım məni yüksək əhval-ruhiyyədə gördüklərinə görə
şad idilər. Mənə də elə gəlirdi ki, kürəyimdə qanadlarım çıxıb.
176
Sentyabrda bütün artistlər gəlib çıxanda “Tanhauzer”in öyrənilməsinə baş-
ladıq. Bununla da məni yeni-yeni qayğılar narahat etməyə başladı. Məşqlərimiz
o qədər irəliləmişdi ki, musiqi baxımından tezliklə səhnələşdirməyə ümid edə
bilərdik. Bu operanın səhnələşdirilməsi ilə bağlı xüsusi çətinliklər hamıdan
əvvəl Şreder-Devrienin gözünə dəydi. Özü də aktrisa bunları aydın hiss edib
qiymətləndirmiş, məyus olub utansam da, mənə izah etmişdi. O, mətndən baş-
ladı. Ziyarətlərimdən birində o, son pərdənin əsas səhnələrini dərin ifadə ilə,
mükəmməl şəkildə oxuyub belə bir sual verdi: həqiqətənmi mən Tixaçek kimi
uşaq qədər sadalövh adamın Tanhauzer üçün lazımlı çalarları tapa biləcəyini cid-