Rixard Vaqner
Mənim həyatım
278
di-ciddi düşünürəm? Mən lazımlı vurğuların dəqiq və səlis şəkildə qeyd edildiyi
musiqimin xüsusiyyətlərinə istinad etməyə çalışdım. Bu cür musiqini musiqi du-
yumundan məhrum olmayan istənilən müğənni ifa edə bilərdi. O, narazılıqla ba-
şını yellədi və dedi ki, əgər söhbət hansısa oratoriyadan getsəydi, dediklərim düz-
gün olardı. Sonra o, klaviraustsuqa əsasən Yelizavetanın duasını ouxudu və yenə
sual verdi: bunu yaxşı, təzə səsli, lakin ruhsuz, əvəzolunmaz şəxsi həyəcanları
olmayan gənc müğənninin ifa edəcəyini düşünürəmmi? Mən ah çəkdim, lakin
cavab verdim ki, ifaçının səsinin təsirli təzəliyi və xarici görünüşünün bizi bu
vəziyyətdən çıxaracağına ümid bəsləyirəm. Buna baxmayraq, ondan Yelizaveta
rolunu ifa etməyə hazırlaşan qardaşım qızı İohanna ilə danışıb müvafiq tapşırıq-
ları verməsini xahiş etdim. Tanhauzerə gəldikdə isə, təəssüf ki, heç bir şey yardım
edə bilməzdi. Öyüd-nəsihətlər dostumu yalnız çaşdıra bilərdi. Yalnız bu ifaçının
səsinin gücünə və xüsusilə təmiz tələffüzünə ümid edə bilərdim.
Lakin böyük aktrisanın baş rolların ifası ilə bağlı bildirdiyi şübhələrin bir
qədər şəxsi əsasları da var idi. Məsələ burasındadır ki, o, payına düşən Venera par-
tiyasının öhdəsindən necə gələcəyini bilmirdi. Bu hissə ölçüsünə görə kiçik olsa
da, çox çətin idi və eyni zamanda daxili, ideal mənasına görə bütün pyesin əsas
mahiyyətini kəsb edirdi. Sonradan özüm də əmin oldum ki, bu partiya həddindən
artıq eskiz xarakteri daşıyır. Parisdə ikinci dəfə “Tanhauzer”in səhnələşdirilməsi
ilə məşğul olanda onu tamamilə yenidən işlədim, əvvəllər buraxılan, diqqətdən
kənarda qalan bəzi məqamları daxil etdim. Lakin hələlik aydın idi ki, artist nə
qədər bacarıqlı olsa da, bu eskizdən nəzərdə tutulan məqsədin zirvəsinə çatan
bir şey yaratmaq qeyri-mümkün idi. Uzaqbaşı, əgər aktrisa xarici görünüşünə
güvənsəydi, gənc və gözəl bədən quruluşuna malik olsaydı, tamaşaçılara sırf
hisslərlə bağlı təəssüratlar ötürmək olardı. Artıq əlində bu cür vəsaitin olmadığını,
yetkin qadın görünüşü ilə buna ümid etməyin riskli olduğunu dərk etməsi onu
daha çox sıxır, adi uğur silahlarına əl atmasına mane olurdu. O, bir dəfə məyus
təbəssümlə rola uyğun kostyumla səhnəyə çıxmaq qeyri-mümkün olduğu halda
Veneranı ifa etməyin çətinliyini qeyd etdi: “Allah xatirinə, Venera rolu üçün nə
geyinməyimi təklif edirsiniz? Bir kəmər kifayət etməyəcək. Əks təqdirdə isə mas-
karad kuklası alınacaq – özünüz də sevinməyəcəksiniz!”
177
Ümumiyyətlə, mən daha çox musiqi ansamblının təsirinə arxayın idim. Or-
kestr məşqləri bunun üçün kifayət qədər əsas verirdi. Hələ Giller partituraya nəzər
salarkən, böyük təəccüblə, əlimdə az imkanlar olmasına baxmayaraq, operanı mu-
siqi alətlərinə uyğunlaşdırarkən istədiyim nəticəni əldə etməyimi tərifləmişdi. Or-