279
Rixard Vaqner
Mənim həyatım
kestrin məxsusi zərif səslənməsi özümü də sevindirirdi və mən gələcək musiqi
planlarımı yerinə yetirmək üçün lazım olan kombinasiya ehtiyatını tükətməmək
üçün orkestr qüvvəsinin qənaətlə istifadəsi məramımda möhkəmləndim. Yalnız
həyat yoldaşım “Riensi” də dolğun və təravətli səslənən trombonların və truba-
ların olmamasından narazı idi. Bu yalnız təbəssümümə səbəb olurdu. Lakin onu
həm də səhnə məşqlərində “müğənnilərin yarışı”ndan qalan sönük təəssürat da
qorxudurdu. Buna isə bir qədər ciddi diqqət yetirdim. Həmişə həyəcanlanmağı
gözləyən adi tamaşaçı auditoriyasının gözü ilə baxanda həyat yoldaşım yeni ta-
maşa üçün yaranan təhlükəni yerində qeyd etmişdi. Lakin tezliklə əmin oldum
ki, günah səhv konsepsiyadan daha çox, ifaçıların yüngül münasibətində idi.
Buna isə kifayət qədər diqqət ayırmamışdım. Bu zaman birdəfəlik həll etməli
olduğum dilemma ilə qarşı-qarşıya qalmışdım. Müğənnilərin yarışı səhnəsi
mahiyyətcə nə olmalı idi: silsilə ariyalardan ibarət konsert, yoxsa poeziya əsaslı
dramatik rəqabət? Adi opera janrı bunun qarşılaşdırılmaq üçün uyğun silsilə ifaçı
fəndlərindən ibarət olmasını tələb edirdi. Ümumilikdə, əsərdən ifaçıların yaxşı ifa-
sının arxasındakı əsl təəssüratı ala bilməyənlər hələ də bu fikirdədilər. Hər şey ona
gətirib çıxarırdı ki, müxtəlif nömrələr musiqi baxımından ritmə və ölçüyə uyğun
olaraq seçilməli idi. Məsələn, pyeslərin müxtəlifliyi və daimi gözlənilməzliklərlə
istənilən cəlbediciliyin əldə oldunduğu konsert proqramlarının tərtibatı zamanı
belə edirlər. Lakin mənim niyyətim bu deyildi. Məqsədimə yalnız bir halda nail
ola bilərdim. Tamaşaçını – operada ilk dəfə - dramın daxili inkişafının bütün fa-
zalarında müəllifin yaradıcı fikrində iştirak etməyə vadar etməklə, əlbəttə, bacar-
saydım. Yalnız bu cür iştirakla, heç bir zahiri səbəb olmadan, səhnədə baş verən
mənəvi iztirablardan yaranan fəlakət başa düşülərdi. Bu səbəbdən bu anın musiqi-
li işlənməsi fövqəladə dərəcədə ölçülü, geniş, poetik mətni anlamağa mane olma-
maqla yanaşı, fikrimcə, ona kömək etməli idi. Səhnədə ehtiraslar alovlananda və
melodiya yüksələndə onu lazımsız modulyasiyalar və ritmən təsadüfi yayınma-
larla kəsmək ağlasığmaz idi. Orkestr müşayiətindəki xəsislik, vəziyyət tamaşaçı
gözləri qarşısında səhnədə baş verənləri təkcə ağlı yox, hissləri ilə anladığı ana
gəlib çatana qədər şüurlu şəkildə musiqili-ifadəli fəndlərdən imtina məhz bura-
dan irəli gəlirdi. Və heç kimin royal arxasına keçib ifaçıların yarışını özüm idarə
edərkən lazımlı təəssürata nail olduğumu inkar etməyə cəsarəti çatmırdı. İndiki və
sonrakı uğurlarımın əsas çətinliyi opera ifaçılarının işlərini mənim nəzərdə tutdu-
ğum kimi anlamasından ibarət idi. Təcrübəsizliyimdən “Uçan hollandiyalı”da da
işin bu tərəfini nəzərdən qaçırmışdım. Yalnız buraxılmış səhvin vurduğu zərərin
bütün həcmini dərk etmiş və böyük qısqanclıqla ifaçılara ifa xüsusiyyətini izah
etməyin üsullarını düşünməyə başladım. Təəssüf ki, qeyd etdiyim kimi, Tixaçekə
təsir etmək ağlasığmaz idi. Ona anlaya bilmədiyi şeyləri aşılayaraq tamamilə çaş-
dırmaqdan qorxurdum. O, üstünlüklərini yaxşı bilirdi: bilirdi ki, metallik səsi var,